?Bank Standard? tərəfindən keçirilən ?Kartla ödə, ?iPhone 4? qazan!? aksiyasının qalibləri iyunun 10-da müəyyənləzəcək

img

01-06-2011 [10:31]


1 mart ? 31 may tarixləri arasında keçirilən ?Kartla ödə, ?iPhone 4? qazan!? aksiyası ?Bank Standard? tərəfindən buraxılmış bütün kartların sahiblərini əhatə edirdi. Bu müddət ərzində bankın müştəriləri öz kartlarından istifadə edib POS-terminal, bankomat (ATM), ?Mobile Banking? xidməti vasitəsilə, habelə İnternetdə ödənış aparan ödənilmiş məbləğlərinin hər 50 şərti vahidi (manat, USD, GBP, EURO) müqabilində bir lotereya şansı əldə ediblər. İyunun 10-da ?Bank Standard?ın Azərbaycan prospekti, 4 ünvanında yerləşən baş ofisində keçiriləcək aksiyanın lotereya tirajının uduş fondunu 10 ədəd ?iPhone 4G? mobil telefonu təşkil edir. Lotereya iştirakçılarının tam siyahısı tirajdan əvvəl www.bankstandard.com saytında elan ediləcək. Siyahı ilə bilavasitə bankın filiallarında da tanış olmaq olar. Kart sahiblərinin adları gizliliyi təmin etmək məqsədilə siyahılarda göstərilməyəcək. Siyahıda sıra nömrələri, 16 rəqəmli kart nömrələrinin ilk və son dörd rəqəmi (1-4-cü və 13-16-cı), habelə hər kart üzrə toplanmış lotereya lotlarının (şanslarının) ümumi sayı yer alacaq. Hər iştirakçı ona verilmiş lotereya nömrəsini (siyahıdakı sıra nömrəsi) və topladığı lotereya lotlarının ümumi sayını kartının nömrəsi ilə müəyyən edəcək. Lotereya tiraj komissiyasının nəzarəti altında, Azərbaycan qanunvericiliyinə və DQKK-nın təlimatlarına uyğun keçiriləcək. Lotereya qalibləri bankın İnternet saytında, habelə kütləvi informasiya vasitələrində elan ediləcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA