Gənclərə faizsiz ipoteka veriləcək

img

31-05-2011 [06:18]


Azərbaycanda gənclərə faizsiz ipoteka veriləcək. Bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov bildirib. Nazirin sözlərinə görə, sosial ipoteka məsələsi "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında öz əksini tapıb. "Biz istərdik ki, gənclərin mənzillə təmin olunması üçün 0 faizli ipoteka kreditləri verilsin və bunun üçün vəsait ayrılsın", - nazir vurğulayıb. A.Rəhimovun sözlərinə görə, 88 fəsildən, 144 bənddən ibarət proqram hazırdı r və son baxış üçün bütün nazirliklərə paylanılıb. İyunun 6-da "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının təsdiqlənəcəyi gözlənilir. Bu Dövlət Proqramı Azərbaycan Prezidentinin sərəncamına əsasən hazırlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA