27-05-2011 [07:32]
Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2011-ci il tarixli Fərmanı ilə Nazirlər Kabinetinə elektrik enerjisindən istifadə qaydalarının yeni layihəsini hazırlamnası və Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etməsi tapşırılmışdı. Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 sayli qərarı ilə yeni ?Qazdan İstifadə qaydaları? təsdiqlənib.
Xatırladaqki, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdşalıq Şəbəkəsi Açıq-Cəmiyyət İnstitutu ? Yardım Fondu tərəfindən maliyyələşdirilən ?Kommunal sektorda istehlakçı hüquqlarının qorunmasına yardım göstərilməsi? layihəsi çərçivəsində dəfələrlə əhalinin elektrik enerjisi, təbii qaz, su ilə təchizatı sahəsində mövcud problemlərə diqqət çəkərək onların həlli yollarını da təklif edib.
Xatirladaq ki, layihə çərçivəsində ?Qaztəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında təbii qazın alqı-satqısının birtipli Müqavilə?, ?İçməli su təchizatı və çirkab suların axıdılması müəssisəsi ilə məişət abonenti (əhali) arasında xidmətlərin göstərilməsinə dair birtipli Müqavilə? , ?Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqavilə? layihələri hazırlanmışdı. Bu yeni müqavilələrin layihələri ictimaiyyətə təqdim olunmaqla yanaşı 02 fevral 2011-ci il tarixdə müvafiq təchizatçı qurumlara (?Azərenerji? ASC, ?Azəriqaz? İstehsalat Birliyi, ?Azərsu? ASC, ?Bakıelektrikşəbəkə? ASC) və İqtisadi İnkişaf Nazirliyinə göndərilmişdi.
Şəbəkə tərəfindən layihə çərçivəsində təklif olunmuş əlavə və dəyişikliklərin 85,7%-i Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş ?Qazdan istifadə Qaydaları?nda (gələcəkdə ?Qaydalar?) öz əksini tapmış, 68,6%-i müqavilə şərtlərinə daxil edilmişdir. Bu fakt Şəbəkənin uğuru kimi qiymətləndirilməlidir.
Əvvəlki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 may 1999-cu il tarixli 87 saylı Qərarı ilə təsdiq edilmiş ?Qaydalar? həcm etibarı ilə indikindən 5 dəfə az idi və reallığı əks etdirmirdi.
İndiki ?Qaydalar?da isə aşağıda göstərilən müsbət cəhətlər vardır:
1. Qaz enerjisinin keyfiyyətinə, normal təzyiqinə, standartlara uyğun olmasına təminat verilməsi (1.5, 3.1.2-ci bəndlər);
2. Tərəflərin hüquq bərabərliyini təmin edən müqavilə bağlanmasının məcburiliyi (2.5-ci bənd);
3. Mənzilin qaz təchizatının yoxlanılmasının rəsmi sənədlərə (sərəncama) əsasən həyata keçirilməsi (2.7, 2.8-ci bəndlər);
4. Qazpaylayıcı tərəfindən ən azı ildə 2 dəfə istehlakçının qaz cihazlarına texniki baxışın keçirilməsi (3.1.7-ci bənd)
5. Balans mənsubiyyəti sərhədinin müəyyən edilməsi ( 4.1-ci bənd);
6. Sayğacların, onların quraşdırılmasının, dəyişdirilməsinin, təmirinin, dövlət yoxlamasından keçirilməsinin ödənişsiz olması (4.2, 4.9-cu bəndlər);
7. Sayğacların kənardan müdaxilə imkanı olmayan şəraitdə quraşdırılmasının məcburiliyi (4.7-ci bənd);
8. Borcun hesabatının yalnız sayğac göstəricilərinə əsasında aparılması və ödənişlərin bank (poçt) şöbələrində həyata keçirilməsi (5.2, 5.3-cü bəndlər);
9. Təchizatın dayandırılmasının və bərpasının rəsmi sənədləşdirilməsi, səbəblər aradan qaldırıldıqdan sonra 1 iş günü ərzində bərpa edilməsi (6.6, 6.7-ci bəndlər) və s.
Lakin ?Qaydalar?da mövcud qanunvericiliklə qanunvericiliklə ziddiyyət təşkil edən çatışmazlıqlar və uyğunsuzluqlar da vardır:
1. 1.2-ci bənddə ?İstehlakçı? anlayışının mahiyyəti natamam izah olunub və ?İstehlakçıların hüquqlarının müdafiəsi haqqında? Azərbaycan Respublikası Qanununun müvafiq bəndi ilə uzlaşmır. Bu bəndə əsasən ?Qaydalar?ın şamil edildiyi istehlakçı qrupunun dairəsi məhdudlaşdırılır;
2. 4.1-ci bəndə əsasən balans mənsubiyyəti sərhədi konkret müəyyən edildiyindən 1 ?-li əlavənin (aktın) tərtibatına ehtiyac yoxdur və bu akt gələcəkdə sui-istifadə hallarına səbəb ola bilər;
3. 6.1.5-ci bəndə əsasən qazpaylayıcı ilə müqavilə bağlanmadığı hallarda təchizatın dayandırılması Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilə azadlığını təmin edən müvafiq maddələri ilə ziddiyyət təşkil edir;
4. Laboratoriya şəraitində ekspertizanın keçirilmə mexanızminin müəyyənləşdirən bəndlər yoxdur;
5. Əvvəlki müqavilə şərtlərində itirilmiş qaz enerjisinə görə hesablanmalı əlavə borcun hesabat mexanizminə aid 3.2 bəndi olduğu halda indiki şərtlərdə bu yoxdur. Əvəzində səbəbi və tətbiq sahəsi göstərilmədən istehlakçının cihazlarının maksimal saatlıq qaz sərfi qeyd olunur ki, bu da gələcəkdə istehlakçıları qarşı haqsız borcların hesablanmasına zəmin yaradır.
Digər tərəfdən, ?Qaydalar?da bir sıra vacib məqamlar natamam izah olunub:
1. 2.1-ci bəndə əsasən əhali qrupundan olan istehlakçılar üçün texniki şərtin alınması, layihələndirmə işləri, kod hesabının açılması və s. sənədləşmənin kimin hesabına həyata keçirilməsi göstərilmir;
2. 3.2.3-cü bəndə əsasən istehlakçının qaz cihazlarına texniki xidmət və təmirin kimin hesabına həyata keçirilməsi göstərilmir;
3. 3.2.4, 3.4.6, 3.5.3, 3.5.4-cü bəndlərə əsasən tüstü bacalarının kim tərəfindən və kimin hesabına yoxlanılması, təmizlənməsi və təmir edilməsi göstərilmir;
4. 4.5-ci bəndə əsasən istehlakçı obyektiv səbəbdən ekspertiza keçirilməsini tələb etdiyi halda ekspertiza dəyərinin onun tərəfindən ödənilməsinin səbəbəbi məlum deyil.
Şəbəkə bu təşəbbüsləri yüksək qiymətləndirərək elektrik enerjisindən istifadə qaydalarının yeni layihəsinin və texniki şərtlərin verilməsi qaydalarının hazırlanması zamanı ?Kommunal sektorda istehlakçı hüquqlarının qorunmasına yardım göstərilməsi? layihəsi ilə əməkdaşlıq ediləcəyinə, əhalinin qazla və içməli su ilə təchizatı ilə təminatı sahəsində də bu cür addımların atılacağına ümidvar olduğunu bildirir.
?Azərsu? ASC-dən isə Şəbəkəyə rəsmi şəkildə bildiriblər ki, qurumun mütəxəssisləri tərəfindən ?Sudan istifadə qaydaları?nın layihəsi yenidən işlənilib və razılaşdırma üçün aidiyyatı qurumlara təqdim edilib. Şəbəkənin ekspertləri tərəfindən hazırlanmış ?İçməli su təchizatı və çirkab suların axıdılması müəssisəsi ilə məişət abonenti (əhali) arasında xidmətlərin göstərilməsinə dair birtipli Müqavilə? şərtlərinin əksəriyyəti ?Azərsu? ASC-nin dövlət qurumlarına təqdim etdiyi layihədə öz əksini tapmışdır.