Flydubai aviazirkəti Dubaydan Ukraynaya uçuzlara bazlayır

img

27-05-2011 [06:17]


Dubayın ilk qənaətcil hava yolları olan ?flydubai? bu gün bəyan edib ki, şirkətin sürətlə artan marşrut xəritəsinə üç Ukrayna şəhəri əlavə olunacaq ? Kiyev,Xarkov və Donetsk. Ukraynadan Dubaya uçuşlar 2011 ilin sentyabr ayından başlanacaq: sentyabrın 16-dan Kiyev və Xarkovdan, sentyabrın 17-dən - Donetskdən. Biletlərin qiymətləri Dubaydan Kiyevə 194 ABŞ dollarından başlayır, Kiyevdən Dubaya ? 205 ABŞ dollarından. Sentyabrın 16-dan flydubai aviaşirkəti Kiyev-Dubay marşrutu ilə həftədə üç dəfə (çərşənbə axşamı, cümə və bazar günləri) uçuşlar həyata keçirəcək. FZ728 nömrəli reys Kiyevdən saat 14:15-də yola düşərək Dubaya saat 20:10-da çatacaq. Əks istiqamətli FZ727 nömrəli reys Dubaydan 09:00 yola düşərək Kiyevə yerli vaxtla 13:15-də enəcək. Dubay - Xarkov istiqamətində biletlərin qiymətləri 215 ABŞ dollarından başlayır, Xarkovdan Dubaya isə - 225 ABŞ dollarından. Xarkov-Dubai marşrutu ilə uçuşlar, sentyabrın 16-dan etibarən, həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək. FZ726 nömrəli reys Xarkovdan saat 14:10 yola düşərək Dubaya 19:40-da çatacaq. Əks istiqamətli FZ725 nömrəli reys 09:10 Dubaydan yola düşərək Xarkova yerli vaxtla saat 13:10 enəcək. Dubay ? Donetsk marşrutu üzrə biletlərin qiymətləri 215 ABŞ dollarından başlayır, Donetskdən Dubaya ? 225 ABŞ dollarından. Bu marşrut üzrə uçüşlar sentyabrın 17-dən etibarən həftədə iki dəfə - çərşənbə və şənbə günləri həyata keçiriləcək. FZ722 nömrəli reys saat 13:25-də Donetskdən havaya qalxaraq, saat 18:35-də Dubaya çatacaq. Əks istiqamətli FZ727 nömrəli reys Dubaydan 09:00 yola düşərək Donetskə yerli vaxtla saat 12:25-də enəcək. Bilet qiymətinə bütün vergi və rüsumlar, bundan əlavə 20 kg ?luq bagaj və 7 kg əl yükünün daşınması daxil edilir. Biletləri flydubai aviaşirkətinin saytından (flydubai.com), +38(044) 465-93-65 nömrəli telefona zəng edərək və yaxud Ukraynanın ?Aeroclub? turizm şirkətinin xidmətləri ilə faydalanaraq, əldə edə bilərsiniz. Sadəcə 28 ABŞ dollarına yaxın əlavə pul ödəməklə sərnişinlər ayaqları üçün əlavə sahəli oturacaqlar seçə bilərlər. Eyni zamanda, flydubai təyyarələrində ayaqlar üçün yer ənənəvi ?ekonom klass?-dan fərqli olaraq 5 sm artıqdır. Buna oturacaqların söykənəcəklərindəki ciblərə təkmilləşdiricı dizayn tərtib edilməsi sahəsində nail olunmuşdur. ?Biz sevinc hissi ilə Ukraynaya uçuşların başlanmasını bəyan edirik. flydubai aviaşirkəti çalışır ki BƏƏ-nə birbaşa uçüşları azlıq təşkil edən istiqamətlər üzrə xidmət göstərsin. Odur ki biz uçuşlara başlamaq üçün bu uç Ukrayna şəhərini seçdik, - ?flydubai? şirkətinin Prezidenti Qeyt Əl Qeyt bildirib. ? ?Əminik ki, aviaşirkətimizin birbaşa uçuşları Ukrayna və BƏƏ arasında əlaqələrin möhkəmləndirilməsinə kömək edəcək. Vətəndaşlarımız ticarət, turizm və biznes inkişafında yeni imkanlar əldə edəcək. Bİz Kiyevin nüfuzlu F terminlaından reyslər həyata keçirməyimizə icazə verilməsindən gürur duyuruq. Yeni reyslərin təşkili işində dəstəyə görə Ukrayna hökümətinə minnətdarlığımı bildirirəm. Əminəm ki, yeni istiqamətlərin açılışı hər iki dövlət üçün faydalı olaraq, ticarətin, turizmin və biznesin inkişafına xidmət edəcək. Biz bu marşrutların böyük potensiala malik olduğunu görürük. Bizim sərnişinlər üçüş zamanı yüksək səviyyəli xidmətlə, yeni və təmiz təyyarələrlə zövq alacaqlar, və flydubai-ın məşhur sərfəli bilet satışı siyasəti onları xoş təəcübləndirəcək. Biz qabaqçıl turoperator ?Natali Turs? ilə əməkdaşlıq etmək planlaşdırırıq. Bunun sayəsində ukraynalı turistlər BƏƏ-nə gözəl istirahət turları, eyni zamanda Dubaya və digər flydubai-ın uçuş etdiyi şəhərlərə birbaşa biletlər əldə edə biləcəklər. BƏƏ səyyahlar üçün çox maraq kəsb edən məkandır. Dəbdəbəli Dubay şoppinqləri hamıya məlumdur, lakın Əmirliklər tək bununla məşur deyillər. Ölkədə dünyada sayılıb seçilən çimərliklər, möhtəşəm otellər və yüksək səviyyəli əyləncə mərkəzləri mövcuddur. Qonaqlarımız öz gözləri ilə dünyanın ən uca qülləsi olan Bürc Xəlifəni, Palm Cümeyra adası kimi müasir möcüzələri görəcək, eyni zamanda BƏƏ xalqının qonaqpərvərliyinin şahidi olacaqlar. Redakorlar üçün məlumat ?Flydubai" Dubay hökuməti tərəfindən 2008-ci ilin martında yaradılıb. Şirkətin yaranmasında Dubayın məşur Emirates aviaşirkəti iştirak edib. Flydubayın ilk uçuşu 2009 ildə, iyunun1 də baş tutub. Fəaliyyətinin ilk ili başa çatmamış şirkətin hava donanması 16 yeni 737-800 NG təşkil edib. Marşrut xəritəsində isə Dubaydan 5 saatlıq uçüş radiusunda olan 36 şəhər peyda olub. Aviaşirkətin prezidenti Qeyt Əl Qeyt deyib: ?Dubayın başçısı, Alihəzrət Şeyx Məhəmməd bin Rəşid əl Məktum, vitse-prezident və BƏƏ-nın Baş naziri flydubay aviaşirkətini yaratmaqla insanlara daha geniş çeşidli marşrutlardan, əlverişli qiymət ilə yüksək səviyyəli xidmətdən zövq alaraq, daha çox səyahət etmək imkanı yaradıblar. Banimizin əqidəsinə müvafiq olaraq, biz qiymətləri minimal səviyyədə saxlayırıq ki, sərnişinlər yalnız onlara gerçəkdən lazım olan xidmətlərin haqqını ödəsinlər. Əgər Siz təyyarənin göyərtəsində qəlyanaltı etmək arzusundasınızsa, o zaman ayrıca qiymətlə sizlərə soyuq və isti sendviçlər, pitsa və çərəzlər təklif ediləcək. Bu yanaşma digər sərnişinlərin yeməklərinin pulunu ödəməməyə imkan yaradır, və flydubai tariflərinin daha ədalətli edir. 2008-ci ilin iyul ayında flydubai Fars körfəzi ölkələri tarixində ən irimiqyaslı, ümumi qiyməti 4 mlrd. məbləğində 50 Boeing 737 800NG təyyarəsi sifariş etmişdir. Hal-hazırda şirkət 16 təyyarə əldə edib, daha 5 təyyarə isə 2011-ci ilin sonuna kimi çatdırılacaq. Boeing 737-800NG - dünyanın ən təhlükəsiz təyyarələrindən biridir. Hər an bu modelin 1250-dən çöx təyyarəsi canlı olaraq havadadır. flydubai-ın sifarişi ilə qurulan təyyarələrdə müasir texnologiyalardan istifadə olunub. Məsələn, təyyarələr vinqletlərlə təchiz edilib ki, yanacaq sərfiyyatı və atmosferə zərərli tullamalar azalsın. Beləliklə, flydubai donanması ətraf mühitə qayğı ilə yanaşmaqla bərabər yanacaq sərfiyyatına qənaət edir və sərnişinlərə daha əlverişli qiymət təklif etmiş olur. Aviaşirkətdə xərclərin azaldılması eyni modelli təyyarələrdən istifadə etməklə nail olunur. Bu xidmətə, ehtiyat hissələrə və pilotların hazırlaşdırılmasına yönəldilən xərcləri qorumağa imkan yaradır. Flydubai əməliyyat xərclərinin bütün qısaltma imkanlarından istifadə edərək, heç bir vaxt təhlükəsizlik məsələlərində qənaətçiliyə yol vermir. Qeyt Əl Qeyt qeyd edib: ?Bizim ən önəmli prioritetmiz ? sərnişinlərin və uçüş heyətinin təhlükəsizliyidir. Yeni təyyarələrin alınması baha başa gəlir, lakin bizim digər seçimimiz yoxdur. Yeni təyyarələr daha təhlükəsizdirlər, deməli pullar bu yönümdə xərclənməlidirlər?. Flydubai ən yüksək standartlara uyğun hazırlıq keçmiş təyyarəçilərdən və göyərtə bələdçilərindən ibarətdir. İkinci pilotlar 2 500 saat uçuş təcrübəsinə, komandirlər ? 5 000 saat uçuş təcrübəsinə malikdirlər. Baxmayaraq ki, flydubai ? yeni şirkətdir, bizim heyət bu sahədə ən təcrübələrindən biridir. 2010-cu ilin oktyabrında flydubai aviaşirkəti Sky Interior salonlu ilk Boeing 737-800NG təyyarəsini əldə etdi. Bu yük rəflərinin yeni konstruksiyası hesabına sərnişinləri daha böyük sahə ilə təmin edir, işıqlandırma sistemi isə uçuşla bağlı yorğunluğu azaldır və bundan həzz almaq imkanı verir. İlk dəfə bu təyyarədə Lumexis şirkətinin işlədib hazırladığı flydubai inqilabi əyləncə sistemi quraşdırılıb. flydubai biznes modelinə uyğun olaraq, kiçik əlavə haqqı ödəyərək telekanalları və filmləri izləmək mümkündür, musiqi və oyunlar isə tam pulsuzdurlar. Flydubai təyyarələrindəki əyləncə mərkəzləri optik tellər üzərində qurulub. Bu isə ənənəvi sistemlərdəki tellərdən daha yüngüldür. Bundan əlavə, bu texnologiya söykənəcəklərin üzərindəki sensor displeylərə məlumatların çatdırılmasını daha sürətlə təmin edir. Nəticədə flydubai şirkəti dünyada ilk dəfə sərnişinlərə HD formatında video izləmək imkanı yaradıb. Əlavə olaraq, təyyarənin çəkisində azalıb, bu isə yanacaq sərfiyyatına müsbət təsir göstərərək, sərnişinlərə daha sərfəli qiymətlə biletlər təklif etmək mümkün edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA