WESTERN UNION Azərbaycandaki müztərilərini həvəsləndirəcək

img

26-05-2011 [12:31]


Pul köçürmələri və ödəniş xidmətləri üzrə dünya lideri olan Western Union şirkəti (NYSE: WU), ?Bəli! Mən öz dostlarımı gətirib mükafatlar qazana bilərəm? adlı yeni aksiyaya başlayıb. Müştərilər 2011 il iyulun 15-nə kimi lotereyada mükafat uda və Western Union şirkətindən qiymətli hədiyyələr qazana bilərlər. Bu yolla Western Union şirkəti etibarlılıq və loyallıq göstərdikləri üçün öz müştərilərinə minnətdarlığını bildirir. Aksiyada iştirak edən tərəfdaş bankların bölmələri vasitəsilə Azərbaycanda pul köçürümələri edən yaxud pul alan hər bir Western Union müştərisinə üstündə möhür üçün yer olan iki ədəd kupon verilir. Birinci kupon loteryada iştirak üçün nəzərdə tutulub. Aksiya ərzində iki loteraya təşkil ediləcəkdir ki, hər birində 10 ədəd 1000 manatlıq mükafat oynanılacaq. Pul mükafatların oynanılması iyunun 15-də və 27-də olacaq. İkinci kupona isə hər dəfə pul köçürərkən yaxud pul alarkən möhür vurulacaq. Kuponun üstündəki iki möhürə görə fotoçərçivə, beş möhür üçünsə pul kissəsi (portmone) almaq olar. Hədiyyə qazanmaq şansını artırmaq üçün müştərilər Western Union şirkətinin xidmətlərindən istifadə edəcək dostunu yaxud tanışını gətirə bilərlər. Bu yolla hətta transaksiya etmədən belə kuponuna əlavə möhür vurdurmaq olar. Aksiyanın digər şərtləri və kuponların əldə edilməsi ilə bağlı daha ətraflı məlumatı aksiyada iştriak edən Western Union xidmət məntəqələrindən əldə etmək olar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA