?Parabank? yeni kredit məhsulunu təqdim edib

img

25-05-2011 [10:52]


Azərbaycanın ?Parabank? ASC müştərilərə daha rahat əldə edilə bilən məhsul və xidmətlər təklif etmək məqsədilə növbəti universal məhsulu olan ?Peşəkar? kredit məhsulunu təqdim edib. Bankın baş ofisindən verilən məlumata görə, ?Peşəkar? kredit məhsulu əsasən iri və orta kommersiya təşkilatlarının işçiləri, təhsil (uşaq yaradıcılıq mərkəzləri, litseylər, kolleclər və s.), tibb və digər dövlət idarələrinin işçiləri üçün nəzərdə tutulub. Kreditin müddəti 12 aydan 36 ayadək, məbləği 500 manatdan (avro, dollar) başlayaraq, illik 28% dərəcəsi ilə verilir. Qeyd edək ki, kreditləşmə zaminlik əsasında aparılır. Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan ?Parabank? ASC 1991-ci ildən fəaliyyət göstərir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA