?Kvas?, ?Tərxun? və ?Düzes? sərinləzdirici içkilərinin istehsalı dayandırıldı

img

24-05-2011 [06:51]


İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən ?Mahmud Topçu K? İstehsalat Kommersiya Firmasına (İKF) məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisənin anbarında olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib. Laborator müayinələr nəticəsində müəssisədə istehsal edilən ?Düşes? və ?Kvas? sərinləşdirici içkilərinin tərkibində koli-indeksin normadan çox, habelə ?Düşes? və ?Tərxun?" sərinləşdirici içkilərinin tərkibində quru maddənin kütlə payının və turşuluğun, ?Kvas? içkisində isə quru maddənin kütlə payının normadan az olduğu müəyyən edilib. Qanun pozuntuları ilə əlaqədar, ?Kvas?, ?Tərxun? və ?Düşes? sərinləşdirici içkilərinin istehsalının dayandırılması və müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması, eləcə də normativ sənədlərin tələblərinə cavab verməyən 8579 litr sərinləşdirici içkilərin qanunvericiliyə müvafiq qaydada məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən ?Mahmud Topçu K? İKF-yə icrası məcburi göstəriş verilib. Araşdırmalar davam edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA