Bakı-Tiflis-Qars dəmiryolu xəttinin dəyəri 1 milyarddan çox olacaq

img

24-05-2011 [04:18]


?Bakı-Tbilisi-Qars? yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Azərbaycan və Gürcüstan hökumətləri arasında sazişə? əlavə və dəyişikliklər barədə protokol imzalanıb. Protokola əsasən Marabda - Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin maliyyələşdirilməsi, layihələndirilməsi, inşası, reabilitasiya-rekonstruksiya işləri, həmçinin müvafiq infrastruktur obyektlərinin tikintisi Azərbaycan tərəfindən Agent-Bank vasitəsilə ümumi məbləği 775 milyon ABŞ dolları təşkil edən kredit xətti hesabına həyata keçiriləcək. Bu arada nəzərə çatdıraq Gürcüstana verilen kredit xətti iki tranşdan ibarətdir (Tranş A və Tranş B).Tranş A - illik dərəcəsi 1% olmaqla 25 il müddətinə 200 (iki yüz) milyon ABŞ dolları həcmində, Tranş B - illik dərəcəsi 5% olmaqla 25 il müddətinə 575 (beş yüz yetmiş beş) milyon ABŞ dolları həcmindədir. Tranş-A çərçivəsində ayrılan vəsait bu layihə ilə bağlı 2007-ci ildən bəri görülən işləri əhatə edir. Bu arada layihənin reallaşdırılması üçün əlavə vəsaitə tələbatın yaranmasına səbəb marşrutun dəyişdirilməsidir. Belə ki, dəmir yolunun Axalkalakidən (Gürcüstan) Türkiyə sərhəddinə qədər olan hissəsində 25 km dəyişiklik baş verib. Yəni ərazidə geoloji tədqiqat aparılan zaman sürüşmə zonasına daxil olduğu bəlli olub. Bu vəziyyətdə də dəmir yolunun təhlükəsizliyini əsas tutaraq həmin hissənin dağın altı ilə çəkilmiş tunellə əvəz olunması qərara alınıb. Türkiyə-Gürcüstan sərhədindəki dağın altından çəkiləcək tunelin uzunluğu 4 km-ə çatacaq. Onun təqribən yarısı Gürcüstan, digər hissəsi Türkiyə ərazisinə düşəcək. Bundan başqa, dəmir yolunun Marabdadan Axalkalakiyə qədər olan 160 km-lik hissəsinin əvvəlcə yenidənqurulması nəzərdə tutulsa da sonradan yolun tamamilə bərbad vəziyyətdə olduğu aydınlaşıb. Nəticədə, bu hissənin yenidən qurulması deyil, əsaslı şəkildə tikilməsi qərara alınıb. İqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, son rəsmi açıqlamalarda Tranş-A çərçivəsində 25 illiyə, illik 1%-lə ayrılan kreditin 90 mln-nun artıq istifadə olunduğu göstərilir: ?Dövlət Neft Fondunun 2011-ci il aprelin 1-ə olan məlumatına əsasən isə "Bakı - Tbilisi - Qars yeni dəmir yolu" layihəsinə 62,8 mln. manat ayrılıb. Nəzərə çatdırım ki, dəmiryolunun tikintisi üzrə xərcləmələrlə bağlı maliyyəni ayıran təşkilat kimi Neft Fondunun və layihənin icrasına nəzarət edən Nəqliyyat Nazirliyinin, eləcə də Gürcüstan tərəfinin açıqladığı rəqəmlər arasında uyğunsuzluq var. Aparılan təhlillər nəzərdə tutulan vəsaitlərin heç də həmin büdcə ili üzrə tam xərclənmədiyini göstərir. Məsələn, 2007-ci ildə layihəyə 30 milyon manat ayrılsa da 20 712,5 manat xərclənib.Layihənin icra faizi 69 faiz olub. 2008-ci ildə dəmiryolunun maliyyələşdirilməsinə 5,3 milyon manat , 2009-cu ildə 22,1 milyon manat sərf edilib. 2010-cu ildə ayrılmış vəsait 34 milyon manata qədər azaldılsa da ilin sonuna 12,4 milyon manat xərclənib. Layihə üzrə qalıq vəsaitin xəzinədarlığa qaytarılıb-qaytarılmadığı bəlli deyil. Digər tərəfdən böyük həcmdə vəsaitlərin ayrılmasına baxmayaraq layihə üzrə işlər ləng aparılıb, işlərin çox az hissəsi yerinə yetirilib. Məsələn, 2009-cu ildə bu sahədə ümumiyyətlə iş görülməyib. Nəticədə son üç il ərzində təxminən 25-30 faizdən artıq iş görülüb (mənbə. layihənin Koordinasiya Şurasının 8-ci iclası)?. Dəmiryolunun tikintisi üçün Gürcüstana illik dərəcəsi 5% olmaqla 25 il müddətinə kredit ayrılmasına gəlincə, V.Bayramov bunu iqtisadi baxımdan rentabelli hesab etmədiyini deyir: ?Əvvəla kredit faizi aşağıdır.Eyni zamanda kreditin qaytarılma müddəti böyükdür.Praktiki kredit dolların illik inflyasiyasına uyğun təqdim edilib. Bu Azərbaycanın kreditin verilməsindən gəlir əldə etməyəcəyi deməkdir. Bundan əlavə nəzərə alsaq ki, kredit uzun müddətə verilib və dolların alıcıq qabiliyyəti aşağı düşür, eləcə də qlobal bahalaşma davam edir təqdim olunan kreditin perespektiv dəyəri kifayət qədər az olacaq?. V.Bayramovun sözlərinə görə, ölkə daxilindəki istehlak kreditlərinin faizləri belə Azərbaycanın Gürcüstana təklif etdiyi kredit faizindən 4 dəfə çoxdur: ?Gürcüstana verilən kreditin faiz dərəcəsi Azərbaycanda mənzilə ehtiyacı olanlara verilən ipoteka kreditinin faiz dərəcəsindən təxminən 2 dəfəyə yaxın çoxdur İqtisadi baxımdan bu məntiqi deyil?. Mütəxəssis İqtisadi və Sosial İnkişaf Mərkəzinin ABŞ-ın Şəffaflıq Üzrə Tərəfdaşlıq (PTF) Fondunun dəstəyi ilə Baki-Tiflis-Qars dəmiryolu layihəsi üzrə maliyyə xərclərinin monitorinqini həyata keçirdiyini deyir: ?İcrası 14 ay davam edəcək layihənin məqsədi neft pullarının Azərbaycan iqtisadiyyatına təsirlərini artırmaq, ondan daha səmərəli istifadə edilməsi yollarını müəyyənləşdirməkdir. Baki-Tiflis-Qars dəmiryolu layihəsinin monitorinqinin aparılması məqsədilə monitorinq qrupu yaradılıb. Yaxın günlərdə qrupun əməkdaşları layihənin icra edildiyi ərazilərə, həmçinin Gürcüstan və Türkiyəyə səfərlər edəcəklər. Monitorinq qrupunun apardığı tədqiqat əsasında hesabat hazırlanacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA