?Parabank? məhsulları sırasına daha bir yeni kredit məhsulu əlavə etdi

img

23-05-2011 [04:01]


Parabank müştərilərə daha rahat əldə edilə bilən məhsul və xidmətlər təklif etmək məqsədilə növbəti universal məhsulu olan ?Peşəkar? kredit məhsulunu təqdim edir. ?Peşəkar? kredit məhsulu əsasən iri və orta kommersiya təşkilatlarının işçiləri, təhsil (uşaq yaradıcılıq mərkəzləri, litseylər, kolleclər və s.), tibb və digər dövlət idarələrinin işçiləri üçün nəzərdə tutulmuşdur. Kreditin müddəti 12 aydan 36 ayadək, məbləği 500 AZN-dan başlayaraq , faiz dərəcəsi 28%, AZN, AVRO və ABŞ dolları ilə verilir. Onu da qeyd edək ki, kreditləşmə zaminlik əsasında aparılır. Bu kreditin əsas üstünlükləri özünün cəlbedici şərtləri, asanlıqla əldə olunması və sadə rəsmiləşdirmə mexanizmidir. Əlavə məlumatı şəhər telefonlarından və mobil operatorlarından 139-a zəng vurmaqla əldə etmək mümkündür. Bundan əlavə, Siz tariflər, valyuta məzənnələri, plastik kartlar, kreditlər haqqında, həmçinin Sizin iş yerinizə və ya evinizə ən yaxın olan PARABANK ASC filialının ünvanını və əlaqə telefonlarını öyrənə bilərsiniz.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA