Bank of Baku ?Otoplaza? filialının 5 yazını qeyd edir

img

20-05-2011 [06:51]


Bank of Baku-nun ?Otoplaza? filialı 2011-ci ildə fəaliyyətinin 5 ilini qeyd edir. ?Otoplaza? filialı 15 may 2006-cı ildə yaradılıb və ilk gündən etibarən bu günə kimi müştərilərinə bütün növ bank xidmətlərini təqdim edir. Bununla yanaşı, filialın direktoru Elnur Rüstəmovun sözlərinə görə, ?Otoplaza?, əsasən, avtokreditlərin verilməsində ixtisaslaşır: ?Filiallar arasında bu cür xidmət bölməsi yoxdur. 2006-cı ildə filialın açılışından 2 həftə sonra biz ilk krediti rəsmiləşdirdik və gündəlik verilən kreditlərimizin sayını artırmaqdayıq?. Direktorun sözlərinə görə, müştərilərin və partnyorların maraqları filial üçün ön sıradadır: ?Beş illik fəaliyyətimiz ərzində biz böyük məmnuniyyətlə müştərilərimizə və strateji partnyorlara yüksək səviyyədə xidmət göstəririk. Qeyd etmək istərdim ki, 2010-cu ilin yayından etibarən biz Bank of Baku-nun iri strateji partnyorlarından birinin say baxımından ən çox mebel kreditini verən filial olmuşuq. İşçilərimizin sayı cəmi 5 nəfərdir və fikrimcə, bizim üstünlüyümüz ?Otoplaza? filialının şəhərin mərkəzindən bir az kənarda, Bakının məhz bu hissəsində yerləşməsindədir, çünki digər filiallarımızda müştəri sıxlığı daha çoxdur, insanlar isə növbədə durmaq istəmir?. E.Rüstəmovun sözlərinə görə, ?Otoplaza? filialının tarixində belə maraqlı və nümunəvi bir hadisə da olub ki, gün ərzində filial 30-dan yuxarı avtokredit rəsmiləşdirmişdir: ?Hesab edirəm ki, bu, rekord bir rəqəmdir. Baxmayaraq ki, avtokreditlər bankın bir çox filiallarında verilir, məbləğ baxımından ən çox kredit məxarici Bank of Baku-nun məhz ?Otoplaza? filialında müşahidə olunur?. Qeyd edək ki, 01.04.2011-ci il tarixinə olan göstəricilərə əsasən, ?Otoplaza? filialının kredit portfelinin həcmi 23 mln AZN çatıb, istehlak kreditlərinə görə isə ?Otioplaza? digər filiallarla müqayisədə 1-ci yerdədir. Direktor onu da qeyd etdi ki, filial bayram günlərində də daim müştərilərinin xidmətində olur. Hal-hazırda Bank of Baku-da yeni markalı ?Hyundai?, ?Jeep?, ?KIA?, ?Volkswagen?, ?Chevrolet?, Rusiya istehsalı olan avtomobillərinin kreditləşməsi aparılır. Filialın 5 illiyi ilə əlaqədar bütün müştərilərə şirniyyat, xidmət olunan hər 5-ci müştəriyə isə korporativ hədiyyələr təqdim olunmuşdur. Xatırladaq ki, ?Otoplaza? filialı Bakı şəhəri, Z.Bunyadov küş., 118 ünvanında xidmət göstərir. Bank of Baku-nun fəaliyyəti haqqında daha ətraflı məlumatı bankın Məlumat mərkəzi 145 nömrəsi vasitəsilə, www.bankofbaku.com web-saytında və ya həmin saytda fəaliyyət göstərən ?Onlayn-məsləhətçi? xidmətinə müraciət edərək əldə etmək olar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA