Bank of Baku ?Yasamal? filialının 4 yazını qeyd edir

img

17-05-2011 [06:20]


15 may 2011-ci il tarixində Bank of Baku-nun ?Yasamal? filialının fəaliyyətinin 4 ili tamam olur. Dörd il ərzində müştərilərinə bütün bank xədmətlərini yüksək səviyyədə təqdim edən filial böyük nəticələrə nail olub. ?Yasamal? filialının yaranma tarixi ilə əlaqədar filial direktoru Sərdar Həsənov bunları bildirdi: ?İlk öncə qeyd etmək istərdim ki, 4 il filiala Bank of Baku-nun başqa bir əməkdaşı rəhbərlik edib, amma mənim ?Yasamal? filialı ilə daim sıx əlaqəm olub. Bu müddət ərzində filial Bank of Baku-nun bir çox yeniliklərinə imza atıb. Çox vacib bir amillərdən biridir ki, filialın açılış tarixi Bank of Baku-nun dinamik inkişaf dövrünə təsadüf etmişdi və filial açılandan sonra həmin tempə uyğunlaşıb inkişafın nəbzini tuta bildi. Bunun nəticəsində filialda bir çox layihələr uğurla həyata keçirildi. Xüsusilə vurğulamaq istərdim ki, həmin nailiyyətlərdə və filialın inkişafında başda filial rəhbəri olaraq məhz o zaman çalışan işçilərin əməyi böyük olub və ümumilikdə, fikrimcə, ?Yasamal? filialı Bank of Baku-nun ən uğurlu filiallarından biridir. Məhz bu filialın açılışından sonra Bank of Baku daha iri filiallar açmağa başladı, filiallara daha çox səlahiyyətlər verib təqdim olunan xidmətlərin çeşidini artırdı. Buna görə, hesab edirəm ki. Bank of Baku-nun inkişafında ?Yasamal? filialının müstəsna rolu var?. Direktor xüsusilə qeyd etdi ki, 2010-cu ildə ?Yasamal? filialı mikrokreditlər üzrə Bank of Baku-nun digər filialları arasında 1-ci yeri tutmuşdu. Qeyd etmək istərdik ki, ?Yasamal? filialı Bank of Baku-da mikrokreditlərin inkişafına böyük təkan verib. Bundan əlavə, filial direktorunun sözlərinə görə, Bank of Baku mikrokreditlər sahəsində yeni bir sistem yaradıb onun tətbiqinə ?Yasamal? filialından başladı. Həmin sistemin Azərbaycanın mikrokreditlər bazarının möhkəmlənməsi üçün çox vacib olduğunu qeyd edən S.Həsənov layihənin çox uğurlu olmasını vurğulayıb onun artıq bankın digər bir filialında da tətbiq etdirilməsini dedi. ?Yasamal? filialının yerləşdiyi məkana gəldikdə isə direktor filialın fəaliyyət göstərdiyi ərazidə güclü rəqabətin olduğunu qeyd edərək burada bütün bank xidmətlərini təqdim edən bir neçə bankın olmasını dedi. Amma buna baxmayaraq S.Həsənov bunları bildirdi: ?Ayrıca olaraq filialın yerləşdiyi yerə görə fəaliyyətini çox bəyənirəm. Bizim yerləşdiyimiz yer avtomobil yolununu üzərindədir və buna görə də burada piyada axını elə də çox deyil. Buna qarşı və həmçinin ərazidə olan rəqabət mühitini nəzərə alaraq filialda daim müştərilər sıxlığının olması, deyərdim ki, filialın böyük bir uğurudur, çünki bizə gələn müştərilər sırf Bank of Baku-nun adına gələn müştərilərdir və bu qədər müştəri kütləsinin filiala cəmləşməsini mən filialın uğuruna yazıram?. Direktor gün ərzində filialın orta hesabla 350-400 müştəriyə xidmət göstərdiyini vurğuladı. Qeyd edək ki, 01.04.2011-ci il tarixinə olan göstəricilərə əsasən, ?Yasamal? filialının kredit portfeli 21 mln AZN keçib, müştərilərin ümumi sayı isə 17 minə çatıb. Xatırladaq ki, Bank of Baku-nun ?Yasamal? filialı Yasamal rayonu, H.Zərdabi küç., 574, ünvanında xidmət göstərir. Bank of Baku-nun fəaliyyəti haqqında daha ətraflı məlumatı bankın Məlumat mərkəzi 145 nömrəsi vasitəsilə, www.bankofbaku.com web-saytında və ya həmin saytda fəaliyyət göstərən ?Onlayn-məsləhətçi? xidmətinə müraciət edərək əldə etmək olar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA