Flydubai Cənubi Hindistana yol açır

img

17-05-2011 [03:12]


Dubayın ilk qənaətcil hava yolları olan ?flydubai? şirkəti bu gün Hindistana ikinci marşrutunu, ?mirvarilər şəhər? adlandıran Heydərabada çoxdan gözlənilən reysini açdığını elan edib. Şirkətin sayca 37-ci olan marşrutu münasib qiymətə Dubaydan dünyanın ən sürətlə inkişaf edən şəhərlərindən birinə uçmaq imkan verir. ?flydubai? şirkətinin sürətlə inkişaf edən şəbəkəsi sayəsində Hidistanın cənubuna uçmaq istəyənlər üçün yol açılır. Heydərabada uçuşları həftədə üç dəfə olmaqla iyunun 11-dən başlayacaq. Yeni marşrut BƏƏ-də yaşayan 1,4 milyon nəfərlik böyük hind icmasına yay məzuniyyətinin ən qızğın vaxtında belə münasib qiymətə öz vətənlərinə uçmaq imkanı verir. ?flydubai?? şirkətinin Baş Direktoru Qeyt Əl Qeyt bildirib: ?Biz Heydərəbad şəhərinə yeni marşrutu elan etməkdən məmnunuq. BƏƏ-də boyük hind diasporu yaşayır və yeni reysi açmağın səbəblərindən biri də BƏƏ-də yaşayan bütün icmalara münasib qiymətə öz vətənlərinə uçmaq imkanı yaratmaqdır. Həydərəbad ?flydubai? şirkəti üçün çox vacib bir istiqamətdir. Əqər Lakhnau marşrutu bizə şimali və mərkəzi Hindistana yol açıbsa, Heydərəbad bizi cənubi Hindistanla bağlayır. Bu marşrutun xeyri həm də ondan ibarətdir ki, BƏƏ-də yaşayan hind icmasına münasib qiymətlərə evə qayıtmağa imkan verəcək və bu tarixi şəhərin biznes və turizm əlaqələrinin səviyyəsini yüksəltməyə imkan verəcək?. Həydərəbad haqda Zəngin tarixi ilə və müasir iddiaları ilə Həydərəbad XXİ əsr Hindistanının simvolu sayılır. Hindistanın hökmdarları olan Nizamilər və Moğollar tərəfindən aparılan 200- illik mirvari ticarəti sayəsində ?mirvarilər şəhəri? kimi tanınan Heydərabad bu gün sürətlə inkişaf edən IT sənayesi ilə tanınır. Şəhərin İT sənayesində məşhur qlobal Google və Microsoft kimi şirkətlərlə yanaşı Hindistanın Wipro və TCS milli brendləri də fəaliyyət göstərirlər. Şəhər Muqlayi mətbəxinin mərkəzidir. Heydərəbadda məşhur Həydərəbadi Biriyani yeməyinin dadına baxmaq olar. Uçusların detalları FZ435 reysi Heydərəbad istiqamətinə Dubayın 2 saylı terminalından saat 20.30 çıxır və və Heydərəbada saat 01.45 enir. Əks istiqamətdə uçan FZ436 reysi Heydərəbaddan 02.30 çıxır və Dubayda saat 04.40 enir. Dubay-Heydərəbad istiqamətində biletin qiyməti 585 dirhəmdən başlayır. Biletin qiymətinə çəkisi 7 kiloya qədər olan əl yükü və kiçik noutbuk üçün çanta yaxud əl çantası daxildir. Heydərəbaddan Dubaya biletin qiyməti 760 dirhəmdən başlayır. 50 dirhəm ödəmək şərti ilə çəkisi 20 kiloya qədər olan baqaj yükünü qeydiyyatdan keçirmək olar. Ayaqlar üçün geniş sahəsi yerlərə görə əlavə 100 dirhəm ödəmək lazım olacaq. Dubay-Həydərəbad marşrutu üzrə biletləri ?flydubai? şirkətinin İnternet səhifəsindən (www.flydubai.com), telefon mərkəzi (+9714 301 0800) və səyahət agentlikləri vasitəsilə sifariş etmək olar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA