Prezident qiymətli kağızlar bazarı barədə Dövlət Proqramını təsdiqləyib

img

16-05-2011 [11:35]


Prezident İlham Əliyev ?2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı? Dövlət Proqramının təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncam Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının qabaqcıl beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsini, iqtisadi subyektlərə və əhaliyə təqdim olunan maliyyə xidmətlərinin daha da genişləndirilməsini təmin etmək məqsədilə imzalanıb. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə həvalə edilib. Sərəncamdan irəli gələn məsələləri Nazirlər Kabineti həll edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA