?Standard Insurance? Sığorta Şirkəti səyahət sığortası üzrə yeni kampaniyaya bazlayıb

img

16-05-2011 [11:31]


?Standard Insurance? Sığorta Şirkətinin mətbuat xidməti ?Ailə? adlı yeni yay səyahət sığortası kampaniyası haqda məlumat yayıb. Cari ilin may ayının 1-dən noyabr ayının 1-dək davam edəcək kampaniyanın şərtlərinə görə bütün ailə üzvləri üçün səyahət sığortasını sifariş verən şəxslərin yetkinlik yaşına çatmamış uşaqlarına sığorta şəhadətnamələri pulsuz təqdim olunacaq. Qeyd olunan pulsuz şəhadətnamələr 1 ay müddətində qüvvədə olacaq. Uşaqlar üçün pulsuz sığorta şəhadətnamələri ilə yanaşı, ?Standard Insurance? Sığorta Şirkəti öz müştərilərinə dünyanın istənilən nöqtəsində etibarlı sığorta dəstəyini təmin edəcək. Şirkət, ?Ailə? aksiyasının iştirakçılarına gələcək səfərlərində onlar üçün faydalı olacaq hədiyyələr də təqdim edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA