Bank of Baku-nun müztəri xidmətləri departamentinin 9 illik uğurlu fəaliyyəti

img

12-05-2011 [03:11]


Bank of Baku 2011-ci ildə bankın Baş İdarəsinin nəzdində fəaliyyət göstərən Müştəri Xidmətləri Departamentinin 9 yaşını qeyd edir. Müştəri Xidmətləri Departamenti 1 may 2002-ci ildə yaradılıb və bu müddət ərzində xidmət səviyyəsinin yüksək keyfiyyəti nəticəsində böyük müştəri kütləsinin etimadını qazanıb. Bu dövr ərzində müştərilərin xidmətinə daim yenilənən və təkmilləşən məhsul və tariflər təqdim edilmiş və bir çox uğurlu layihələr həyata keçirilmişdir. Həmçinin bankın bir sıra yeni məhsulları ilk dəfə məhz Baş İdarənin Müştəri Xidmətləri Departamenti tərəfindən bazara çıxarılmışdır. MXD-nin yaranma tarixi ilə əlaqədar filial direktoru Sənan Hacızadə bunları bildirdi: ?Bankımızın qazandığı nailiyyətlərin əldə olunmasında MXD-nin müstəsna xidmətləri var. Belə ki, burada müştərilərimizə bankın təklif etdiyi bütün xidmət növləri göstərilir. Departamentimiz bankın Baş İdarəsində yerləşir və təkcə bu amilin özü daim formada olmağımızı şərtləndirir, müştərilər isə bank haqqında hansısa fikirlərin formalaşmasında bizim rolumuzun nə dərəcədə vacib olduğunu anlayır?. Direktorun sözlərinə görə, 2010-cu il ümumilikdə Bank of Baku-nun fəaliyyətində dinamik inkişaf ili kimi əlamətdar oldu. Bir çox kampaniyalar və müştərilərin məmnuniyyətinə yönəlmiş maraqlı layihələr aparıldı və bunların həyata keçməsində Müştəri Xidmətləri Departamentinin də bilavasitə iştirakı oldu. Belə ki, müxtəlif uduşlu kampaniyalarda qalib gələn müştəri və əməkdaşlarının içərisində kifayət qədər MXD-də xidmət olunan və çalışanlar da oldu. Eyni zamanda, bankda 10 000-ci əmanət rəsmiləşdirən müştəri məhz MXD-nin müştərisi oldu. Digər tərəfdən, S.Hacızadə qeyd etdi ki, Bank of Baku-nun MXD-nin yerləşdiyi zona paytaxtın əlverişli ərazilərindən birində yerləşir və bank sektorunun inkişafı fonunda rəqabət də təbii olaraq artır. Bazarın cəlbediciliyi rəqiblərin aktivləşməsinə və yeni oyunçuların bazara daxil olmasına səbəb olur. Bank of Baku-nun isə üstün tərəflərindən olan zəngin iş təcrübəsi, təklif edilən məhsulların geniş çeşidi, xidmətin keyfiyyəti, adekvat tariflər, əməkdaşların peşəkarlığı və loyallığı müştərilərlə daha yaxın və sadə ünsiyyət qurmağa şərait yaradır və ?Sizə yaxın bankçılıq? konsepsiyasının həyata keçirilməsində önəmli rol oynayır. Həmçinin direktor bankda kadr hazırlığına xüsusi diqqət yetirdi. ?MXD-də yetişərək püxtələşən bir çox əməkdaşımız bankın müxtəlif strukturlarında ən yüksək pillələrdə qərarlaşıblar. Burada təbii ki, bankın ən dəyərli aktivlərindən olan işçilərinə göstərdiyi yüksək etimad və inam da böyük rol oynayır?. Xatırladaq ki, Baş İdarənin MXD-i Bakı şəhəri, Atatürk prospekti, 42, ünvanında xidmət göstərir. Bank of Baku-nun fəaliyyəti haqqında daha ətraflı məlumatı bankın Məlumat mərkəzi 145 nömrəsi vasitəsilə, www.bankofbaku.com web-saytında və ya həmin saytda fəaliyyət göstərən ?Onlayn-məsləhətçi? xidmətinə müraciət edərək əldə etmək olar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA