Parabank ?Faizlərə YOX deyək!? adlı kampaniyanın bazlayır

img

11-05-2011 [06:48]


Parabank kiçik və orta sahibkarlığın inkişafını və həmçinin müştəri məmnunluğunu üstün tutaraq kreditlərin aşağı faizlə və sərfəli şərtlərlə verilməsinə böyük diqqət yetirir. Azərbaycanda fərdi bank sektorunun yaranması dövründən fəaliyyətə başlayan Parabank, ölkəmizin ən stabil bankları sırasına daxil olub və bu günə kimi öz mövqeyini qorumağa çalışır. 28 May Respublika Günü münasibətilə Parabank 10 May-1 İyul 2011-ci il tarixlərində ?Faizlərə YOX deyək!? adlı kampaniyanın başlanmasını elan edir. Bu kampaniyanı 28 May Respublika Gününə həsr edərək Parabank Azərbaycanda çalışan sahibkarları təbrik edir və onlara bizneslərində uğurlar arzulayaraq faizsiz biznes kreditlərini təklif edir. Kampaniyanın əsas məqsədi ? sahibkarlara faizsiz kreditdən istifadə etmək imkanı yaratmaqla, kiçik və orta biznesin inkişafını təmin etməkdir. Kampaniya çərçivəsində sahibkarlar 10 000 Azn və artıq məbləğdə kreditləri 1 il müddətinə faizsiz əldə edə biləcəklər. Bu kampaniya və digər məhsullarımız haqqında daha ətraflı məlumat əldə etmək üçün 139 nömrəsinə zəng vura bilərsiniz.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA