Ət və qənnadı məhsullarının qiyməti artıb

img

11-05-2011 [04:10]


Bir neçə gündür ki, Azərbaycanın Lənkəran rayonunda ət və qənnadı məhsullarının qiyməti artıb. Rayonun ayrı-ayrı ticarət şəbəkələrində aparılan müşahidələr nəticəsində məlum olub ki, əvvəllər 1 kq mal əti 6 manata satıldığı halda, bu gün 6,5-7 manat olub. Artım qənnadı məmulatlarında, o cümlədən konfet və şokoladın satışında da özünü büruzə verib. Belə ki, 1 kiloqram konfetin əvvəlki qiyməti 3 manat olduğu halda, indi 3,4-3,5 manatdır. Qiymət artımına münasibət bildirən qəssablar ətin bahalaşmasına ətlik heyvanın qıtlığının səbəb olduğunu bildiriblər. Qənnadı məhsullarının alveri ilə məşğul olan şəxslər isə bahalaşma ilə əlaqədar hər hansı fikir söyləməkdən imtina ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA