Arif Vəliyev: "Aprel ayından etibarən deflyasiya prosesi bazlayıb"

img

10-05-2011 [01:23]


Azərbaycanda aprel ayından etibarən deflyasiya prosesi başlayıb. Bu barədə Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev açıqlama verib. Onun sözlərinə görə, neftin qiymətinin bahalaşması ilə əlaqədar ölkənin valyuta ehtiyatlarında artım müşahidə olunur. ?Bu müəyyən dərəcədə inflyasiya prosesinə təsir edir. Lakin aprel ayından başlayaraq biz ölkədə deflyasiya müşahidə edirik ki, bu da mövsum mallarının (tərəvəzlər, meyvələr və.s ) qiymətinin düşməsi ilə əlaqədar sentyabra kimi davam edəcək. Sentyabrdan başlayaraq biz istehlak mallarının qiymətinin yenidən artacağını proqnozlaşdırırıq?, -deyə Arif Vəliyev qeyd edib. Azərbaycanda aprel ayında istehlak malları və xidmətlər üzrə tariflər mart ayı ilə müqayisədə 0,3% düşüb. Ucuzlaşma xüsusən ərzaq təyinatlı məhsullarda 0,7%, qeyri-ərzaq və xidmətlərdə isə 0,1% özünü göstərib. 2010-cu ildə isə Azərbaycanda inflyasiya 5,7% təşkil edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA