Qayğıya ehtiyacı olanlara müxtəlif pezələr öyrədilir

img

08-05-2011 [02:35]


bəyov rayonunun İnkişafı Fondu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə bu ilin aprel ayından başlayaraq 4 ay ərzində ?Xəzər rayonundakı xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün həyat bacarıqlarının inkişaf etdirilməsi? layihəsinin icrasına başlayıb. Layihə Xəzər rayonunda yerləşən 5 uşaq evi və internat məktəblərdə həyata keciriləcək, 14-17 yaşlı şagirdlərin həyat bacarıqlarının inkişaf etdirilməsi yolu ilə peşə təhsilinə yönəldilməsi ilə bağlı işlər görüləcək. İlkin mərhələdə layihənin təqdimetmə mərasimi kecirilib. Bundan sonra isə təlimlərin keçirilməsi ücün iştirakçılar müəyyən ediləcək, müvafiq təlim materialları hazırlanacaq, məlumat xarakterli ümumi görüş və ilkin sorğu vasitəsi ilə fəal təlim qrupu formalaşdırılacaq. Bu qrupu yaratmaqda əsas məqsəd onlara ?Həyat bacarıqları? barədə sadə, başadüşülən dildə ətrafı məlumat verməkdir. Bu qrupun öz yaşıdları arasında əldə etdikləri məlumatları yayması ücün də müəyyən tövsiyyələr veriləcək. Təlimlərdə ünsiyyət bacarıqları, problemlərin həlli, komadada iş, özünü təqdimetmə bacarıqlarının aşılanması, CV-nin hazırlaması qaydası, işədüzəlmədə vacib olan amillər, işdə rəhbərliklə işgüzar münasibətlərin qurulması, vaxtın və vəsaitin idarə edilməsi kimi mövzulara toxunulacaq. Təlimlərdən sonra uşaqların texniki peşə məktəblərilə tanış olması və əmək yarmarkalarında iştirakı nəzərdə tutulub. Eyni zamanda 5 uşaq evi və internat məktəblərində təlimlərdə iştirak etmiş fəallarının birgə görüşünün də təşkili planlaşdırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA