?flydubai? öz təyyarə parkını yeniləyir

img

06-05-2011 [01:34]


Dubayın ilk qənaətcil hava yolları olan ?flydubai? şirkəti təyyarələrin icarəsi sahəsində çalışan MC Aviation Partners (MCAP) şirkəti ilə dəyəri 80 milyon ABŞ dolları olan müqavilə imzalayıb. Müqavilə şirkətə bu il üçün nəzərdə tutduğu B737-800NG tipli təyyarələr almaq imkanı verəcək. Səkkiz il müddətinə bağlanan satış və yenidən icarəyə vermə haqda müqavilə ?flydubai? şirkətinin sayca 10-cu olan yeni Boeing 737-800NG təyyarəsinin alınması üçündür. 2011-ci ildə şirkətə çatdırılacaq təyyarə yeni Boeing Sky İnterior uçuş əyləncə sistemi ilə təchiz edilib. Yeni təyyarə ?flydubai? şirkətinin artan imkanlarını dəstəkləyəcək və şirkətə bu ilin dekabr ayında çatdırılacaq. ?flydubai? şirkəti 2012-ci il üçün maliyyə xərclərinin ödənilməsi ilə bağlı tenderi bu yaxınlarda elan edəcək. ?flydubai? şirkətinin Baş Direktoru Qeyt Əl Qeyt bildirib: ?Biz MCAP şirkətini bizim yerli və xarici şirkətlərdən ibarət icarədar şirkətlər qrupuna daxil etməyimizə şadıq. ?flydubai? şirkəti kimi MCAP da gənc, iddialı və dinamik bir şirkətdir və biz onlarla uzunmüddətli və qarşılıqlı münasibətlərin inkişaf etdiriləcəyini gözləyirik?. ?Regionumuzun son aylarda qarşılaşdığı problemlər yaxşı məlumdur, lakin bizim son tender elanı ilə bağlı aldığımız cavablar göstərir ki, beynəlxalq bazarın Dubaya və ?flydubai? şirkətinə olan inamı azalmayıb. 2009-cu ilin iyununda fəaliyyətə başladıqdan bəri ?flydubai? şirkəti sürətlə inkişaf edir. BƏƏ də bu yaxınlarda müsbət istiqamətdə inkişaf etməyə başlayıb və ölkə qlobal iqtisadi böhranın təsirindən çıxır. Bizə və BƏƏ-yə inam göstərməkdə davam edən MCAP kimi şirkətlərin bunda müəyyən payı var və buna görə də biz onlara göstərdikləri dəstəyə görə təşəkkür etmək istərdik.? MC Aviation Partners Inc. şirkətinin Baş Direktoru Tatsuo Sato deyib: ?Biz ?flydubai? şirkəti ilə imzaladığımız müqaviləni elan etməkdən məmnunuq. Bu müqavilə yeni dəyərli əməkdaşlıq üçün əsas yaradır. Biz Fars Körfəzinin aparıcı hava yolları olan ?flydubai? şirkəti ilə işləməkdən qürur duyuruq və ümid edirik ki, bu müqavilə MCAP-ın Yaxın Şərqdəki mövcudluğunu gücləndirəcək.? Bu arada ?flydubai? şirkəti ?Boeing? şirkətindən sayca 17-ci təyyarəsini alıb. Eyni zamanda hava yolları 2009-cu ildə aldığı təyyarələrdən ikisini istifadədən çıxarmaq haqda qərar verib. Bu yolla ?flydubai? şirkəti öz hava donanmasının daha böyük faizinin Boeing şirkətinin istehsalı olan ?Sky İnterior? və Lumexis şirkətinin istehsalı olan uçuş əyləncə sistemi il təchiz olunmasını təmin edəcək. Bununla da ?flydubai? şirkətinin uçuş əyləncə sistemi ilə təchiz edilmiş təyyarələrinin sayı şirkətin donanmasının 50 faizindən çox hissəsini təşkil edir və müştərilərə ?flydubai? şirkətinin göyərtəsində səyahətdən zövq almaq imkanı verir. Bu addım ?flydubai? şirkətinin hava yolları sənayesində ən yeni şirkət olmasını təmin edir, belə ki, şirkətin donanmasında olan ən köhnə təyyarə 22 aydır istifadədir. Növbəti təyyarə bu ay çatdırılacaq, daha bir təyyarə isə iyunda çatdırılacaq. ?flydubai? şirkətinin biznes modeli sadədir. Müştərilər ancaq əldə etmək istədikləri xidmətlərə görə pul ödəyirlər. Biletin qiymətinə bütün vergilər, çəkisi 7 kiloya qədər olan bir ədəd əl yükü yaxud əl çantası daxildir. Çəkisi 20 kiloya qədər olan baqaj yükünün qiyməti 14 ABŞ dollarından başlayır. Ayaqlar üçün geniş sahəsi olan yerlərdə oturmaq üçün əlavə olaraq 27 ABŞ dolları ödəmək lazımdır. ?flydubai? şirkəti Dubayın Beynəlxalq Aeroportunun şimalındakı 2 saylı terminalda fəaliyyət göstərir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA