?Bank Standard?ın kredit kartları çezidinə yeni xüsusi məhsul əlavə olundu

img

06-05-2011 [01:31]


?Alumni? adlanan yeni kredit kartı dünyanın aparıcı ali məktəblərin məzunları və doktorantları üçün nəzərdə tutulub. ?Alumni? kredit kartı, banka müraciət tarixinə keçərli olan http://www.timeshighereducation.co.uk saytının təsnifat siyahısında ilk 200 ali məktəbin məzunlarına verilə bilər. ?Alumni? kartını almaq məqsədi ilə banka müraciət edən şəxs özünün şəxsiyyət vəsiqəsini, yuxarıda qeyd olunmuş ali məktəblərdən birinin bakalavr və ya magistr diplomunu, ya da xaricdə doktoranturada təhsil aldığı barədə arayışı təqdim edir. Kredit kartının verilməsi prosesi, müraciət edənin kredit tarixinin araşdırılması, kredit xəttinin açılması və kartın hazırlanması daxil olmaqla 5 iş günü ərzində tamamlanır. Müraciət edənin elmi dərəcəsindən asılı olaraq ona verilən kredit xəttinin həcmi 2000-dən 10 000 AZN/USD/EUR-dək təşkil edə bilər. Kreditlər Visa Classic, Gold və ya Platinum kartları əsasında verilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA