?Bakcell? bu gündən manat hesablama sisteminə keçib

img

05-05-2011 [04:11]


Bu gecə artıq ?Bakcell?in "Cin" abunəçiləri də manat hesablama sisteminə keçib. Şirkətin baş kommersiya direktoru Krasimir Gerovun sözlərinə görə, onların abunəçiləri əvvəlki kimi istifadə etdikləri mobil xidmətindən faydalana biləcəklər. ?Bu gündən konturlardan qəpiyə keçirik. Bu gündən etibarən "Cin" abunəçiləri öz hesablarına manat yükləyə biləcəklər. Amma bu günə kimi istifadəçilərin balansında olan konturlar istifadə olunmağa davam edəcək, abunəçilərin hesabındakı konturlar tamamilə bitəndən sonra, danışıqlar manatla yüklədikləri hesabdan ödəniləcək?, - deyə şirkətin baş kommersiya direktoru Krasimir Gerov bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA