?flydubai? Afrikaya yeddinci mazrutunu açıb

img

26-04-2011 [11:39]


Dünyanın ən sürətlə inkişaf edən hava yollarından biri olan ?flydubai? şirkəti bu gün Afrikaya yeddinci maşrutunu açmaqla bu qitədəki mövcudluğunu artırıb. Həftədə üç dəfə Efiopiyanın paytaxtı Addis-Abebaya uçacaq FZ647 saylı reys aprelin 22-də saat 19.15-də Bole Beynəlxalq Aeroportuna enib. Şirkətin Bakıdakı nümayəndəliyindən verilən məlumata görə, Addis Ababa ?flyduabi? şirkətinin Afrikadakı yeddinci təyinat məntəqəsidir. Şirkətin qitəyə uçuşları 2009-cu ilin sentyabrında Cibutidən başlayıb. Bundan sonra ?flydubai? şirkəti öz şəbəkəsinə İskəndəriyyə, Sohaq, Lüksor, Sudan və Xartumu əlavə edib. BƏƏ ilə Afrika arasında ticarət və turizm əlaqələr inkişaf etidyi bir dövrdə yeni bir reysin şirkətin iki region arasındakı əlaqələri gücləndirmək planından irəli gəlir. Dubaydan Əddis-Əbebaya biletin qiyməti 900 dirhəmdən başlayır. Biletə çəkisi 20 kiloya qədər olan yük və çəkisi yeddi kiloya qədər əl yükü, yaxud kiçik noutbuk üçün çanta daxildir. Ayaqlar üçün geniş sahəsi olan yerlərə görə əlavə 100 dirhəm ödəmək lazımdır. Əddis-Abebadan Dubaya biletlər 935 dirhəmdən başlayır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA