?Bank of Baku?nun paytaxtda yeni filialı açılıb

img

25-04-2011 [12:41]


Azərbaycanın ?Bank of Baku? ASC-nin ?Xəqani? elektron şöbəsinin bazasında eyniadlı filial yaradılıb. Bankın baş ofisindən verilən məlumata görə, bankın yenilənmiş ?Xəqani? filialı paytaxtın Xəqani və Mərdanov qardaşları küçələrinin kəsişməsində yerləşir. Filialda fiziki və hüquqi şəxslərə hesabların açılması, depozitlərin qəbulu, istehlak kreditlərinin verilməsi, kommunal ödənişlər, mobil rabitə operatorları üzrə ödənişlərin qəbulu, təcili pul köçürmələri, plastik kartların sifarişi və mübadilə əməliyyatları və digər xidmətlər göstərilir. Xatırladaq ki, ?Bank of Baku? ASC 1994-cü ilin fevralnda ?Tuqay Bank? adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin ?NAB Dış Ticarət? şirkəti və bir neçə fiziki şəxs çıxış edir. Cari ilin aprelin 1-nə bankın ölkə üzrə 16 filialı, 25 bankomatı, 181 POS-terminalı və 500 işçisi mövcuddur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA