?UNiBANK?in saytında on-layn ödəniz sisteminin imkanları genizləndirilir

img

22-04-2011 [01:21]


Artıq dörd mobil rabitə operatoru, bir sıra sığorta şirkətləri, İnternet, stasionar rabitə və kabel televiziyası provayderləri tərəfindən göstərilən xidmətlərin, habelə kommunal haqqlarının ödənişlərini ?Unibank? saytından aparmaq mümkündür. Bütün ?Viza? və ?Master Card? tipli plastik kartlarının sahibləri ödənişləri, Bankın filial və şöbələrinə baş çəkmədən, on-layn rejimində həyata keçirə bilərlər. Saytında ?GoldenPay? şirkəti ilə birgə yeni ?Billpay? ödəniş sistemini tətbiq edərək, ?Unibank? müştərilərin on-layn rejimində ödəyə biləcəkləri xidmətlərin sayini 26-ya qədər genişləndirib. İndi on-layn ödəniş sistemində ?Şəxsi kabinet? opsiyası mümkündür, bu da ödənişlər, plastik kart, onun sahibi və abonent kodları barədə bütün məlumatları yaddaşda saxlamaq deməkdir. Nəticədə, sistemdə qeydiyyatdan keçən hər bir istifadəçi istənilən vaxt arxiv yaratmaq və öz ödənişlər üzrə çıxarışları çap edə bilər. Ən əsası isə belə müştərilər bonus proqramlarda və dəyərli mükafatların oynanılmasında iştirak etmək imkanı qazanırlar. ?BillPay? (http://billpay.unibank.az/) sistemində qeydiyyat və ?Şəxsi kabinet?in açılması pulsuzdur. Bu prosedur iki dəqiqəyə yaxın vaxt aparır. Bununla yanaşı, ?Unibank?ın saytı xidmətlərin on-layn ödənişlərini qeydiyyat aparmadan da yerinə yetirmək imkanı verir. İstənilən halda müştəridən hər hansı bir komissiya haqqı tutulmur, bütün ödənişlər isə bir neçə saniyə ərzində həyata keçirilir. Xatırladaq ki, ?GoldenPay?in və ?Unibank?ın on-layn ödəniş üzrə bütün xidmətləri etibarlı və təhlüksizdir, ən azı ona görə ki, bu əməliyyatlara ?Visa? və ?MasterCard? beynəlxalq ödəniş sistemləri tərəfindən (?VeriSign SSL? şifrləmədən istifadə etməklə) nəzarət olunur. Onu da qeyd edək ki, yaxın gələcəkdə Bankın saytı vasitəsi ilə on-layn ödəniş sisteminin funksionallığı, yeni xidmət provayderlərinin qoşulması hesabına, daha da genişləndiriləcək. ?Unibank?da on-layn ödənişlər və o cümlədən ?BillPay? sistemi haqqında, habelə plastik kartların on-layn sifarişi üzrə əlavə məlumatı (012) 117 nömrəli telefonla almaq mümkündür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA