Neft Fondu vəsaitlərinin yerləzdirilməsi ilə bağlı strategiyasını dəyizə bilər

img

21-04-2011 [02:01]


2011-ci ilin yanvar-mart ayları ərzində Dövlət Neft Fondunun büdcə gəlirləri 3 milyard 259.6 milyon manat, büdcə xərcləri isə 1 milyard 399.6 milyon manat təşkil edib. Cari ilin aprel ayının 1-ə isə fondun aktivləri 2011-ci ilin əvvəlinə (22 milyard 766.8 milyon ABŞ dolları) nisbətən 13.3% artaraq 25 milyard 796.9 milyon ABŞ dollarına bərabər olub. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı DNF-ın büdcədənkənar gəlirləri 423,4 milyon manata çatıb. Gəlirlərin artması fondun yeni investisiya strategiyası layihəsi hazırlamaqla bağlı qərarına səbəb olub.Belə ki, yeni strategiya çərçivəsində daha diversifikasiyalaşmış investisiya siyasəti, o cümlədən yeni investisiya alətlərinin tətbiqi nəzərdə tutulur.Neft Fondu rəhbərliyinin açıqlamalrına görə, qurumun vəsaitləri artdıqca, onun risqlərə dözümlülüyü də artır. DNF bundan istifadə edərək daha yüksək risqli və eyni zamanda daha yüksək gəlirli investisiya alətlərindən istifadə etmək niyyətindədir. Söhbət səhmlərdən, daşınmaz əmlakdan və s.-dən gedir. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov bildirir ki, uzun müddətdir vəsaitlərinin əhəmiyyətli hissəsini Amerika Birləşmiş Ştatları, eləcə də Avropanın dövlət bondlarının alınmasına yönəldən Neft Fondu yeni strategiyaya uyğun vəsaitlərin bir qismini daha riskli alətlərdə saxlamaq niyyətindədir: ?Fond uzun müddətdir vəsaitlərinin əhəmiyyətli hissəsini alınmasına yönəltdiyi Amerika Birləşmiş Ştatları, eləcə də Avropanın dövlət bondlarının illik gəlirliyi 2-3 faiz arasındadır. Dolların inflyasiya səviyyəsini nəzərə alsaq praktiki fondu son illər gəlir əldə etməyib?. İqtisadçı hesab edir ki, Neft Fondunun vəsaitləri daha riskli alətlərə yerləşdirilməsi yönündə dəyişikliklərdən daha çox vəsaitlərin istifadəsi istiqamətində strategiya hazırlamasına ehtiyac var: ?Bu gün vəsaitlərin istifadəsi ilə bağlı fondun mükəmməl strategiyası yoxdur. Mükəmməl strategiyanın olmaması birmənalı şəkildə Neft Fondunun gəlirlərinin yerləşdirilməsi prinsiplərinin müəyyənləşdirilməmsinə, o cümlədən vəsaitlərin idarə edilməsindən daha az gəlir əldə etməsinə səbəb olur?. Ekspert deyir ki, bu gün DNF vəsaitlərinin Azərbaycan daxilində yerləşdirilməsi ilə bağlı strategiya yoxdur: ?Nəticədə qeyd etdiyimiz kimi fond vəsaitlərini kifayət qədər aşağı faizlə xarici banklarda yerləşdirir və ya bondların alınmasına yönəldir.Ölkədəki biznes isə 20 və daha yüksək faizlə kredit götürmək məcburiyyətində qalıb. Bu baxımdan fondun daxili investisiya ilə bağlı siyasət sənədi işlənməsinə zərurət yaranıb. Vəsaitlərin bir qisminin Azərbaycan kommersiya bankları vasitəsilə özəl sektora yönəldilməsi olduqca vacibdir. Ölkədəki bütün bankları heç də riskli banklar kimi qruplaşdırmaq olmaz. Praktiki bu gün bir sıra banklar var ki, onlarda vəsaitlərin yerləşdirilməsi riskli deyil. Fondun vəsaitlərinin bir qisminin həmin banklarda yerləşdirilməsi bankların likvidliyinin artmasına gətirib çıxaracaq. Likvidliyin artması bu sahənin inkişafini stimullaşdıracaq. Eyni zamanda biznes sektoruna daha aşağı faizlə kredit əldə etmək imkanı yaradacaq. Hesablamalarımız göstərir ki, Neft Fondunun vəsaitlərinin bir qisminin yerli kommersiya banklarında yerləşdirməsi Azərbaycanda kredit faizlərinin təxminən 2 dəfəyə yaxın aşağı düşməsinə səbəb ola bilər?. V.Bayramov qeyd edir ki, İSİM-in təklif etdiyi strategiya tətbiq edilərsə, bu təkcə biznesin inkişafına təsir göstərməyəcək, eyni zamanda istehsal olunan məhsulların maya dəyərinin aşağı düşməsinə, istehlak bazarında qiymətlərin azalmasına gətirib şıxaracaq: ?O baxımdan fondun daxili investisiya ilə bağlı strategiya işləməsinə ehtiyac var. İlkin mərhələdə 2 milyard dollar vəsaitin ölkəyə gətirilərək, kommersiya bankları vasitəsilə biznesə yönəldilməsi olduqca vacibdir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA