?Qatıq?,?Dovğa? dövlət standartlarına dəyiziklik edilib

img

19-04-2011 [12:47]


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ?Qida məhsullarının standartlaşdırılması? üzrə Texniki Komitə tərəfindən hazırlanan ?Kəsmik? ?Ayran?, ?Qatıq? və ?Dovğa? dövlət standartlarına dəyişiklikləri təsdiq edib. Dəyişikliklərə əsasən istehsal texnologiyası, məhsulun tərkibində olan xammal, material və qida əlavələri, qablaşdırma üsulları və saxlanma şəraiti nəzərə alınmaqla hər bir süd məhsulu üçün maksimal yararlıq müddəti uzadılıb. Komitə həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təqdim edilmiş bir neçə Dövlətlərarası standartı da təsdiq edib və tətbiq vaxtını 20 aprel 2011-ci ildən müəyyən edib. Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Texniki tənzimləmə və standartlaşdırma şöbəsi ilə birgə hazırlanmış ?Brilyantların qiymətləndirilməsi üçün GİA sistemi? metodiki təlimat da təsdiq edilib və tətbiq vaxtı 20 apreldən müəyyən edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA