Azərbaycanda bir sıra qida məhsulları üzrə standartların dəyizməsi təklif olunur

img

12-04-2011 [01:27]


Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Qida məhsullarının standartlaşdırılması üzrə Texniki Komitənin iclası keçirilib. Dövlət Komitəsindən verilən məlumata görə, iclasda dövlət qurumları ilə yanaşı qida sənayesində aparıcı mövqe tutan müəssisələrin nümayəndələri də iştirak ediblər. İclasda 2011-ci il üçün fəaliyyət planı müzakirə edilib, Texniki Komitəyə təqdim edilmiş bir neçə dövlət standartı layihəsinə baxılıb, həmçinin süd məhsulları ilə bağlı bəzi dövlət standartlarına dəyişikliklərin edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Müzakirələrin nəticəsi olaraq iclasın sonunda Texniki Komitənin 2011-ci il üçün fəaliyyət planı qəbul edilib. Bundan başqa ?Siroplar. Ümumi texniki şərtlər?, ?İnək südü ? xammal. Texniki şərtlər? standart layihələrinin düzəlişlər edilərək razılaşdırılması üçün Səhiyyə Nazirliyə təqdim edilməsi ilə bağlı qərar qəbul olunub. Həmçinin, ?Süd məhsulları və südlü məhsullar. Termin və təriflər? və ?Yağ və pendir istehsalı məhsulları və süd emalı məhsulları. Termin və təriflər? standart layihələrinin düzəlişlər edilməklə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə dövlət qeydiyyatına alınması üçün təqdim edilməsi qərara alınıb. Texniki Komitə AZS 089-2003 ?Kəsmik. Ümumi texniki şərtlər?, AZS 091-2003 ?Ayran. Ümumi texniki şərtlər?, AZS 092-2003 ?Qatıq. Ümumi texniki şərtlər? və AZS 220-2006 ?Dovğa. Ümumi texniki şərtlər? standartlarına təklif olunan dəyişiklikləri də təsdiq edərək dövlət qeydiyyatına alınması üçün Komitəyə təqdim edilməsi ilə bağlı qərar qəbul edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA