Nazirliyin ?qaynar xətt?inə iki ayda 164 müraciət daxil olub

img

08-04-2011 [05:22]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 24 saat fəaliyyət göstərən ?qaynar xətt?i (439-18-63, 438-13-35) vasitəsilə ölkə ərazisində ətraf mühitin mühafizəsi ilə əlaqədar ekoloji tarazlığın qorunması, ekoloji qanun pozuntuları və digər hallar barədə müraciətlər qəbul edilir. Nazirlikdən bildirilib ki, 2011-ci ilin fevral və mart ayları ərzində ETSN-nin ?qaynar xətt?inə 164 müraciət daxil olub və qurumun əməkdaşları tərəfindən yerində araşdırılaraq qanunamüvafiq tədbirlər görülüb. Belə ki, ağacların kəsilməsi ilə əlaqədar 21, aşma təhlükəsinin olması ilə əlaqədar 134, havadan gələn kəskin qoxu ilə bağlı 4, məişət tullantılarının qalaqlanması ilə bağlı 6, səs-küylə əlaqədar isə 1 müraciət daxil olub. Ağacların kəsilməsi ilə əlaqədar daxil olmuş müraciətlər nazirliyin əməkdaşları tərəfindən araşdırılaraq 9 şikayət üzrə fakt təsdiqlənmiş və qanunamüvafiq tədbirlər görülmüş, 12 müraciət isə öz təsdiqini tapmayıb. Ağacların aşma təhlükəsinin olması ilə əlaqədar daxil olmuş 134 müraciətdən 131-inə yerində baxış keçirilərək təhlükə yaradan ağaclara müvafiq rəy və təkliflər verilib, 3 müraciət isə icradadır. Məişət tullantılarının qalaqlanması, atmosfer havasının çirklənməsi və səs-küy ilə əlaqədar daxil olmuş 11 müraciətdən 5-i ilə bağlı qanunamüvafiq tədbirlər görülüb. 6 müraciət isə nazirliyin əməkdaşları tərəfindən keçirilmiş monitorinqlər zamanı öz təsdiqini tapmayıb və həmin ərazilər nəzarətə götürülüb. Araşdırmalar zamanı daxil olan müraciətlərin çox hissəsinin şəxsi xarakterli olduğu və fərdi konfliktləri həll etmək məqsədi daşıdığı məlum olub. Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyində ?qaynar xətt?? rabitə əlaqəsi 2002-ci ildən etibarən ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən fəaliyyətin təşkilati-hüquqi formasından asılı olmayaraq aidiyyəti idarə, müəssisə və təşkilatlarla, ayrı-ayrı vətəndaşlarla operativ qaydada əlaqələndirilməsini təmin etmək məqsədilə fəaliyyət göstərir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA