Ərəb dalğası dünyada yeni iqtisadi böhran yarada bilər

img

07-04-2011 [03:07]


Liviyada davam edən hərbi münaqişə fonunda neftin qiyməti yenidən yüksəlib. Belə ki, Nyu-Yorkdakı ?NYMEX? birjasında WTI markalı neftin qiyməti 1,49 dollar yüksələrək 108,83 dollar olub. Londondakı ?ICE? birjasında isə Brent markalı neft 0,04 dollar bahalaşaraq 121,93 dollara çatıb.Proqnozlara görə, Yaxın Şərqdə qeyri-stabillik davam edərsə, ?qara qızıl?ın bareli 300 dollara qədər qalxa bilər. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov deyir ki, ərəb ölkələrində qarşıdurmaların, münaqişələrin sərhəddi genişləndikcə bunun dünya iqtisadiyyatına təsirləri də artır: ?Artıq bir sıra ölkələrin, xüsusilə stabilliyin müşahidə edildiyi neft dövlətlərinin rəhbərliyi qeyri -stabilliyin müşahidə ediləcəhi halda bunun dünya iqtisadiyyatına, eləcə də neftin dünya bazar qiymətinə kəskin təsirləri olacağını bildirirlər. Ümumiyyətlə Yaxın Şərqdə qeyri-stabilliyin davam etdiyi halda bunun dünya iqtisadiyyatında hansı fəsadlara yol açacağı ciddi müzakirə mövzusudur? Ekspertin sözlərinə görə, dünya bazarında neftin qiymətinin artımı ilə yanaşı neft qıtlığının baş verməsi istisna olunmur: ?Belə ki, təkcə Səudiyyə Ərəbistanı gün ərzində dünya bazarına 10 milyon bareldən artıq neft çıxarır, eləcə də Liviyanın gündəlik töhvəsi 1,6 milyon barel idi. Yaxın Şərqdə qeyr-stabillik dalğası genişlənərsə, həmin ölkələrin dünya bazarına neft ixracatında problemləri yaranacaq. Bu da yalnız neftin qiymətinin artmasına deyil, eyni zamanda neft qıtlığının yaranmasına səbəb olacaq?. İqtisadçı alim qeyd edir ki, neft qıtlığının yaranması dünya iqtisadiyyatında yeni böhran deməkdir: ?Ötən il müşahidə edilən qıtlıqla bağlı bu il kənd təsərrüfatı ölkələrində həmin məhsulların istehsalının artırılmasına cəhd ediləcək.Hələlik kənd təsərrüfatı məhsullarının istehsalının azalmasının davam etməsinə baxmayaraq, bir sıra məhsullar üzrə artımlar var. Lakin dünyada neft ixracatı sahəsində böhran yaransa, neft qıtlığı yalnız sənayeyə yox, aqrar sektora da təsir göstərəcək. Bu xüsusən kənd təsərrüfatı məhsullarının emalı ilə bağlı problemin yaranması və qiymətlərin artması ilə müşahidə ediləcək?. V.Bayramov son proqnozların qeyri-stabilliyın davam etdiyi halda neftin 1 barelnin 300 dollara qədər yüksəlməsindən ibarət olduğunu deyir: ?Bununla bağlı Amerikanın aparıcı tədqiqat institutları, bir sıra ərəb ölkələri rəsmi açıqlama yayıblar. Neftin qiymətinin 300 dollar səviyyəsinə çatması dünya iqtisadiyyartını iflic edəcək. Yalnız məhsulların qiymətinin artması deyil, bir sıra sektorlar üzrə istehsal dayana bilər.O baxımdan 2011-ci ilin növbəti aylarında dünya iqtisadiyyatında dəyişikliklərin nibkin olmayacağı güman edilir?. Ekspert dəyişikliklərin Yaxın Şərqdə baş verəcək proseslərin necə cəryan etməsindən asılı olacağını da söyləyir: ? Narazılıq dalğası Yaxın Şərqin digər ölkələrinə keçərsə, dünya iqtisadiyyatında gərginlik, neftin qiymətinin 1 barel üçün 300 dollara çatması reallaşacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA