?Dövlət büdcəsinə edilən dəyizikliklərdən sonra əməkhaqqların 10 faiz artırılacağı gözlənilir?

img

05-04-2011 [06:00]


Xəbər verdiyimiz kimi, may ayında 2011-ci ilin dövlət büdcəsinə əlavə və dəyişikliklər edilə bilər. Bu zaman büdcə gəlirlərinin artımı ilə yanaşı xərcləri də çoxaldılacaq. Nəzərə çatdıraq ki, cari ilin büdcəsinin gəlirləri 12061,0 mln. manat, xərclər isə 12748,0 mln. manat proqnozlaşdırırlb. Dövlət büdcəsinin xərclərinin 55,1 faizi cari xərclərə, 42,2 faizi əsaslı xərclərə, 2,7 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldilməsi planlaşdırırlıb. Sosialyönümlü xərclərin büdcədəki xüsusi çəkisi isə 33,3 faiz müəyyən edilib. Diqqəti çəkən, may ayında gözlənilən büdcə dəyişiklikləri zamanı əməkhaqqı və pensiyalarla bağlı nəzərdə tutulan xərc maddəsində artımlara gedilib-gedilməyəcəyidir? Məlumat üçün bildirək ki, hökümət 2011-ci ildə Azərbaycanda orta aylıq əmək haqqının 379 manata, 2012-ci ildə 431, 2013-də 485, 2014-cü ildə isə 551 manata çatdırmağı proqnozlaşdırır. İqitisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirir ki, may ayında dövlət büdcəsinə gözlənilən əlavə və dəyişikliklər büdcədən sosial layihələrin maliyyələşdirilməsinə ayrılan vəsaitin həcminin artmasına gətirib çıxaracaq: ?İyul ayından başlayaraq mərhələli olaraq büdcədən maliyyələşən təşkilatlarda əməkhaqqı artımları həyata keçirilə bilər. Bu halda əməkhaqlarında 10 faizlik artım gözlənilir?. İqtisadçı alim deyir ki, 2011-ci ildə əməkhaqların, sosial yardımların məbləğində artımlar hələlik rəsmi olaraq elan edilməsə də, büdcədə profisitin yaranması və gəlirlər hissəsinin proqnozlaşdırıldığından çox olması bu addımın atılmasına imkan verir: ?Büdcə dəyişikliklərindən sonar əməkhaqqı artımları ilə bağlı sərəncamların verilməsi gözlənilir. 2009-cu ildə olduğu olduğu kimi bu artımlar 10 faiz intervalında olacaq. Güman edilir ki, ötən ildən fərqli olaraq bir slrakateqoriyalar üzrə artımlara gediləcək?. Vüqar Bayramov bildirib ki, əmək haqqı artımlarının istehlak bazarına təsirlərini azaltmaq və eləcə də yeni qiymət artımları üçün baza yaratmasının qarşısının alınması üçün kompleks tədbirlərin həyata keçirilməsinə ehtiyac var.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA