?Parabank? uzaqları sevindirir

img

01-04-2011 [01:06]


?Parabank? ASC kimsəsiz uşaqları sevindirmək, bu dünyada özlərini tənha hiss etməmələri məqsədilə onlara sevindirməyə davam edir. Yazın gəlişi ilə ?Parabank? ailəsi H. Əliyev sarayı ilə birgə ?Respublika Uşaq sanatoriyası?, ?Uşaq və yeniyetmələr üçün sümük -vərəm xəstəlikləri sanatoriyası? və 39 ?li uşaq sanatoriyasından olan kimsəsiz uşaqların Novruz bayramı günlərini şən keçirmələri üçün mart ayının 22-də H. Əliyev sarayında ?Şən qoğalın Novruz səyahəti? adlı şənliyində iştraklarını təşkil etdi. Uşaqların Novruz şənliyindən heyran qaldığı alqışlardan bəlli idi. Tamaşadan sonra uşaqlara hədiyyələr paylanıldı. Qeyd etmək istərdik ki, bankımız son dövrlərdə tez-tez xeyriyyə məqsədi ilə əsasən də kimsəsiz uşaqlara dəstək aksiyaları keçirir və ya bu cür tədbirlərə maddi və mənəvi dəstək olur. Biz ümid edirik ki, bir gün də olsa uşaqların bayram günlərində üzlərində təbəssüm, qəlblərində sevinc hissi yarada bildik.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA