Saxlama müddəti ötmüz 220 kq ərzaq malları satızdan çıxarılıb

img

31-03-2011 [04:43]


Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib. Nazirlikdən verilən məlumata görə, monitorinq zamanı Bakının Səbail rayonunda Azərbaycan prospekti, ev 29 ünvanında yerləşən ?24 saat market?də, Q.Abbasov küçəsi, 56 ünvanındakı ?Real market?də, Nəsimi rayonunda B.Səfəroğlu küçəsi, ev 163, mənzil 4 ünvanında yerləşən ?Uğur market?də, Yasamal rayonunda Şərifzadə küçəsi, ev 31, mənzil 46 ünvanında Nizami Hüseynova məxsus mağazada, Həsənbəy Zərdabi prospekti, ev 49 ünvanındakı ?Nail market?də, Sabunçu rayonunda Bakıxanov qəsəbəsi, Mahir Əmirov küçəsi, 26 ünvanında yerləşən ?Elməddin 94 market?də, Suraxanı rayonunda Qaraçuxur qəsəbəsi, 4048-ci məhəllədəki ?Maşallah market?də, Gəncə şəhərində H.Əliyev prospektində yerləşən ?Eldorado market?də, Şəmkir rayonunda Bazar daxilində yerləşən Eynur Məmmədova məxsus mağazada, Şəki rayonunda M.Rəsulzadə küçəsindəki ?Düfü? və ?Nur? mağazalarında, ümumi çəkisi 220 kiloqramdan artıq olan saxlama müddəti ötmüş ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA