iSiM viza liberallazdırılması prosesini sürətləndirilməsinin tərəfdarıdır

img

29-03-2011 [06:05]


İSİM viza liberallaşdırılması prosesini sürətləndirmək üçün həm Azərbaycana, həm də Avropa Birliyinə müvafiq təkliflər verib. İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) Şərqi Avropanın 37 qeyri hökumət təşkilatının şəbəkəsi olan Açıq Cəmiyyət üçün Siyasi Assosasiyanın (PASOS) dəstəyi ilə ötən ilin sentyabrından başlayaraq viza liberallaşdırılması üzrə tədqiqat aparır. Tədqiqat işində Azərbaycan-Avropa İttifaqı münasibətlərinin hazırkı vəziyyəti, beynəlxalq öhdəliklər, xüsusilə viza liberallaşdırılması prosesi, sənədləşdirmə təhlükəsizliyi və dövlət sərhədi siyasəti sahəsində Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin icrası nəzərdən keçirilir. Layihə üzrə milli tədqiqatçı, İSİM eksperti Fuad Çıraqovun açıqlamasına görə, Avropa İttifaqı ilə münasibətlər, eləcə də Azərbaycanın Avro-Atlantik məkana inteqrasiyası ölkənin gələcək demokratik inkişafı, təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir: ?Nəzərə alsaq ki, Azərbaycan siyasi baxımdan çox təhlükəli regionda yerləşir, ölkənin gələcəyi Avropaya və Avro Atlantik institutlara inteqrasiyadadır. Viza liberallaşdırılması Avropa İttifaqına inteqrasiya prosesində çox böyük addımdır?. Ekspertin fikrincə, viza liberallaşdırılması iqtisadı inteqrasiyanı sürətləndirməklə yanaşı, Azərbaycanın Avropa bazarına çıxışını asanlaşdıracaq, yeni ticarət və investisiya imkanlarını təşviq edəcək: ? Bu həmçinin insanlar arasında ünsiyyəti artıracaq.Ünsiyyət müxtəlif xalqlar və mədəniyyətlər arasında anlaşılmazlıqları azaldır, mədəni mübadilələri inkişaf etdirir?. F.Çıraqov bu sahədə Azərbaycanın bir çox mühüm beynəlxalq sənədləri ratifikasiya etdiyini, Aİ -nın standartlarının tələblərinə uyğun olmaq üçün davamlı inzibati, institusional və hüquqi islahatlar həyata keçirdiyini deyir:? Lakin yeni qanunlar, edilən əlavə və dəyişikliklər heç də reallıqda onların düzgün icra olunması demək deyil.Avropa İttifaqı Azərbaycanla formal münasibətlərə 22 aprel 1996-cı ildə Lüksemburqda Tərəfdaşlıq və Əməkdaşlıq Müqaviləsini (TƏM) imzalamaqla başlayıb. İttifaqa daxil olan bütün dövlətlər tərəfindən müqavilənin ratifikasiyasından sonra ikitərəfli münasibətlərin hüquqi çərçivəsi 1 iyul 1999-cu ildə qüvvəyə minib. Bu sənəd əməkdaşlığın müxtəlif tərəflərini siyasi dialoqu, insan hüquqlarını, iqtisadi, hüquqi və s. əhatə edir. Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərdə növbəti əhəmiyyətli addım 2009-cu ildə Praqada qəbul olunmuş Şərqi Tərəfdaşlıq Siyasətidir. Şərqi Tərəfdaşlıq Siyasəti əvvəlki təşəbbüslərinin davamı olaraq Azərbaycanın habelə Şərqi Avropanın digər beş ölkəsinin Aİ-yə inteqrasiyasını gücləndirmək, sabitliyi, düzgün idarəçiliyi iqtisadi inkişafı təmin etmək məqsədlərini daşıyır. Bu müqavilə gələcəkdə Aİ ilə həmçinin Assosiativ üzvlüyü nəzərdə tutur. Şərqi Tərəfdaşlıq Siyasətinin mühüm və uzun müddətli məqsədi Azərbaycanla Avropa İttifaqı arasında tam viza liberallaşdırılmasıdır?. Ekspert bildirir ki, İSİM viza liberallaşdırılması prosesini sürətləndirmək üçün həm Azərbaycana, həm də Avropa Birliyinə müvafiq təkliflər verib. O həmçinin layihə çərçəsində www.novisa.az veb saytı yaradıldığını deyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA