2010-ci ildə Azərbaycanın iqtisadiyyatı dəyərləndirildi: hökumətə 16 tövsiyə verildi

img

14-03-2011 [05:43]


Milli Büdcə Qrupu (MBQ) sabah hökumətin 2010-ci il üzrə makroiqtisadi fəaliyyəti üzrə təqdim edəcəyi hesabatdan öncə öz müstəqil, illər üzrə aparılan Azərbaycanın makroiqtisadi siyasəti üzrə tədqiqatının nəticələrini təqdim etdi. Tədbiri açan MBQ kordinatoru Rəna Rzayeva qeyd etdi ki, Qrupun həmin tədqiqatın məhz bu gün təqdim etməsində əsas məqsədlərdən biri hökumətin hesabatı elan edildikdən öncə, alternativ dəyərləndirmənin ictimaiyyətləşdirilməsidir ki, bu da cəmiyyətə öz fərdi, obyektiv təhlilini aparmağa yardım edəcək. Büdcə təhlilində ixtisaslaşmış MBQ həmin tədqiqata da büdcə aspektindən yanaşmış, dövlət büdcəsinin formalaşdırılmasının və istifadəsinin ölkənin makroiqtisadiyyatına, xüsusən makroiqtisadi stabilliyə təsiri araşdırılmışdır. Tədqiqatı aparan MBQ ekspertləri Kənan Aslanlı, Qubad İbadoğlu və Söhrab Fərhadov çıxışlarını üç əsas istiqamət: ?Azərbaycanda iqtisadi artımın mənbələri, ÜDM-in komponent dəyişiklikləri və makroiqtisadi struktur problemləri; fiskal; və monetar siyasətin dəyərləndirməsinin nəticələri əsasında qurdular. Mütəxəssislər qeyd etdilər ki, ölkəmizin neft və qaz ehtiyatlarının həcmi məhdud olduğu üçün, neft gəlirlərinin nəsillər arasında bərabər bölgüsünün aparılmasının vacibdir və MBQ ekspertlərinin rəylərinə əsasən, neft gəlirlərinin xərclənməsi siyasətindəki kəskin artımlar makroiqtisadi sabitlik üçün təhlükəyə yol açır. Azərbaycan iqtisadiyyatında son illərdə (2010-cu il də daxil olmaqla) real iqtisadi artım tempinin dinamikasında müəyyən qədər azalma müşahidə olunur. İqtisadi artımın mühüm mənbəyinə çevrilməli olan texnoloji məhsuldarlıq göstəricisinin rolu kapital akkumlyasiyasına nisbətən bir qədər azalıb. ÜDM-in strukturunda sənaye və aqrar sektorun payı azalmaqla və xidmət sektorunun payı isə nisbi olaraq genişlənməklə ?Holland sindromu?nun iqtisadiyyatda sənəyesizləşmə simptomlarının Azərbaycanda tədricən əsası qoyulur. Rəsmi yoxsulluq səviyyəsinin azaldığı Azərbaycan iqtisadiyyatında əmək məhsuldarlığı problemi, həmçinin ciddi sektoral əmək haqqı differensiasiyası mövcuddur. Ölkədə məşğulluq səviyyəsi artsa da, məşğulluğun davamlı olması və əmək bazarında peşəkar işçi resursları çatışmazlığı problemi qalmaqdadır. Mühüm siqnaldır ki, 2006-2010-cu illərdə dövlət büdcə xərcləmələri 43.408,4 mln. AZN və ARDNF-nin transfersiz xərcləmələri isə 2.213,5 mln. AZN bərabər olub ki, onlar da birlikdə həmin dövrə formalaşmış ÜDM-in 28,4 faizini təşkil edib. Onu da qeyd etmək lazımdır ki, Dövlət Neft Fondundan investisiya və sosial layihələrə birbaşa vəsaitlər ayrılmağa davam edir; bu da büdcənin dövlət xərcləmələrinin vahid mənbəyi olmasına mane olur və büdcə haqqında dolğun təsəvvür yaratmağa kömək etmir. Ötən dövr ərzində cari xərclərin əsas hissəsi dövlət idarəçiliyinə və təhsilə yönəlib. Hesablamalara görə, 2003-cü ildən, 2011-ci il də daxil olmaqla, Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə tarnsferlərin həcmi 19.960 mln. AZN təşkil edir ki, onun da 19.580 mln. AZN 2006-2011-ci illərin payına düşür. Hesablamalara görə, 2003-cü ildən, 2011-ci il də daxil olmaqla, Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə tarnsferlərin həcmi 19.960 mln. AZN təşkil edir ki, onun da 19.580 mln. AZN 2006-2011-ci illərin payına düşür. heç kimə sirr deyil ki, Azərbaycanın neft və qaz ehtiyatlarının həcmi məhdud olduğu üçün, iri miqyaslı hasilat zaman etibarı ilə məhdud dövrdə davam edəcək. Bununla bağlı yerli və xarici analitiklərin proqnozları arasında daha çox fərq yaradan yalnız neftin dünya bazar qiymətlərinin dəyişkənliyidir. Bu isə fiskal risklərin yaranmasına gətirib çıxardığından həyata keçirilən siyasətin daha çox ölçülüb biçilməsini və tənzimlənməsini, biz sözlə optimallaşdıırlmasını tələb edir. Ekspertlər qeyd etdilər ki, Azərbaycanın neft və qaz ehtiyatlarının həcmi məhdud olduğu sirr deyil və iri miqyaslı hasilat zaman etibarı ilə məhdud dövrdə davam edəcək. Bununla bağlı yerli və xarici analitiklərin proqnozları arasında daha çox fərq yaradan yalnız neftin dünya bazar qiymətlərinin dəyişkənliyidir. Bu isə fiskal risklərin yaranmasına gətirib çıxardığından həyata keçirilən siyasətin daha çox ölçülüb biçilməsini və tənzimlənməsini, biz sözlə optimallaşdıırlmasını tələb edir. Azərbaycan iqtisadiyyatının əhəmiyyətli dərəcədə soyuması (yəni iqtisadi artım göstəricilərinin yavaşıması) fonunda, maliyyə bazarlarında və bank sektorunda da artım səngimişdir. Bu isə Mərkəzi Banka maliyyə bazarlarına daha çox təsir etmək üçün yeni imkanlar yaradır. Monetar sahədə aşağıdakı əsas təmayüllər müşahidə olunur: inflyasiya təzyiqləri hələ də yüksək qalmaqdadır; manatın real effektiv məzənnəsi artmağa davam etmişdir. Lakin, Mərkəzi Bank və BVF hesablamalarına görə bu məzənnə tarazlıq dəyərindən hələ də aşağıdadır. və depozit dərəcələrində ümumi azalma davam etmiş və bu faizlər arasında fərqlər azalmışdır. Zərərlə işləyən bankların sayının artması, kredit bazarında aktivliyin aşağı qalması və ümumi mənfəətliliyin azalması bank sektoru üçün sistematik risklər yaratmaqdadır. Monetar və fiskal siyasətin optimal səviyyəyə gətirilməsi üçün Mərkəzi Bankın müstəqilliyinin təmin edilməsi vacib hal kimi qiymətləndirildi. 2011-ci ildən sonra, iqtisadi artım tempinin aşağı düşməsinin törədəcəyi risklərin qarşısının alınması üçün tədqiqatdan əldə edilən nəticələrə əsasən, hökumətə tövsiyyələr verilmişdir. Bunların arasında: makroiqtisadi siyasətin davamlı iqtisadi artıma əsaslanan makroiqtisadi siyasətlə əvəz edilməsi və iqtisadi artım templərinin xam neftin qiymətindən asılılığının tədricən neytrallaşdırılması; Aqrar sektorun və qeyri-neft sənayesnin inkişafı üçün xüsusi strategiya işlənilməsi və dövlət proqramlarının icrasına nəzarət gücləndirilməsi; Qeyri-neft ixrac potensialını və vergitutma bazasını genişləndirmək üçün sahibkarlığa dövlət köməyinin yeni mərhələsi başlanılması; İqtisadiyyatın sektorları arasındakı dərinləşən əmək haqqı fərqlərini ortadan qaldırmağa yönəlik təşviq siyasəti həyata keçirilməsi; Milli hesablar sisteminin, makroiqtisadi göstəricilər və yoxsulluqla bağlı statistikanın daha da təkmilləşdirilməsi; ?Neft və qaz gəlirlərinin idarə edilməsi üzrə uzunmüddətli Strategiya?da nəzərdə tutulduğu kimi, neft gəlirlərinin xərclənməsində daimi və dəyişməz gəlirlər yanaşması tətbiq edilməsi; Dövlət idarəetməsində struktur islahatlar aparılmalı, əks mərkəzsizləşdirmə siyasəti genişləndirilməli; Büdcə gəlirlərinin təminatında birbaşa vergi gəlirlərinin yığım əmsalının artırılması üçün vergi inzibatçılığını təkmilləşdirilməsi; vergi borclarının yaranma mənbələri araşdırılması; Orta müddətli dövr üçün bütün fiskal parametrlərlə yanaşı büdcə kəsiri də makroiqtisadi tarazlığa xələl gətirməyən səviyyədə proqnozlaşdırılması; Dövlət xərcləmələrinin artımı inflyasiyaya ciddi təsir edən amillərdən biri olduğu üçün, onların iqtisadiyyatın absorbsiya gücü ilə həmahəng artması vacibliyi; Bank sektorunda böyüyən riskləri idarə etmək və mümkün böhranı önləmək üçün bank sektorunda rəqabətliliyin artırılması Təqdimatda dövlət qurumlarının, Milli Məclisin, beynəlxalq təşkilatların nümayəndələri, iqtisadçı-ekspertlər, QHT və KİV təmsilçiləri iştirak etmişlər. Təqdimat müxtəlif sahələrin nümayəndələri olan iştirakçılar arasında maraqlı fikir mübadiləsinə səbəb oldu ki, kölgə iqtisadiyyatının ayrıca araşdırılmasına, Vergilər Nazirliyi istehsal müəssisələrinin ödədikləri vergilər haqqında açıq məlumat yayılmasına, o cümlədən, özəl investisiyaları həvəsləndirmək məqsədilə, sərmaye qoyuluşlarında iştirak edən müəssisələr üçün güzəştli paketin tətbiq edilməsi tətbiq edilə bilməsi, pensiya siyasəti islahatlarına başlanılması, büdcəyə ciddi nəzarət mexanizminin tətbiq edilməsi və s. məsələlərə dair maraqlı təkliflər verildi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA