Yumurtanın qiyməti azağı düzdü

img

10-03-2011 [01:42]


İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ərzaq məhsullarının qiymətlərinin süni surətdə artırılmasının qarşısının alınması məqsədi ilə monitorinqləri və araşdırmaları davam etdirir. Nazirlikdən verilən məlumata görə, görülmüş tədbirlər nəticəsində artıq bir sıra ərzaq mallarının pərakəndə satış qiymətlərində ucuzlaşma müşahidə olunur. Belə ki, yerli müəssisələr tərəfindən istehsal olunan qənnadı və kolbasa məmulatlarının qiymətlərində 5%-dək, toyuq ətinin qiymətində 15%-dək, toyuq yumurtasının qiymətində isə 30%-dək ucuzlaşma qeydə alınıb. Məsələn, ötən həftə 25 qəpiyədək bahalaşan yumurtanın bir ədədi hazırda 15 qəpiyə düşüb. Bundan başqa, yerli istehsal olan qarğıdalı və günəbaxan yağının, şəkər və şəkər tozunun qiymətində 5%-dək, sitrus meyvələrinin qiymətində isə 15-20%-dək ucuzlaşma qeydə alınıb. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılmış monitorinqlər və araşdırmalar zamanı toyuq əti vyumurta bazarında əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya edilməsi hallarının olduğu müəyyən edilmişdi. Bununla bağlı Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmış və araşdırmalar aparılır. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti təsərrüfat subyektlərinə bir daha xəbərdarlıq edir ki, qiymət manipulyasiyasına və sövdələşmələrə yol vermiş şəxslərə qarşı qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək. Qeyd edək ki, prezident İlham Əliyev də dünən keçirdiyi müşavirədə ərzaq mallarının qiymətlərini süni yolla qaldıranlara xəbərdarlıq edərək onlar barəsində sərt tədbirlər görüləcəyini vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA