Bayramda ?Azərbaycan Dəmir Yolları? QSC gücləndirilmiz iz rejimi ilə izləyəcək

img

10-03-2011 [12:28]


Novruz Bayramı ilə əlaqədar ?Azərbaycan Dəmir Yolları? QSC gücləndirilmiş iş rejimi ilə işləyəcək. QSC-dən verilən məlumatda bildirilir ki, sərnişin sıxlığını qismən də olsa aradan qaldırmaq üçün ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20-30 ədəd əlavə vaqon qoşulur. ?Bayram günlərində sərnişin axınının artması adi hala çevrilib. Ölkə vətəndaşları rahat və ucuz nəqliyyat vasitəsi kimi dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük verirlər. Əgər adi günlərdə 2000-2500 sərnişin daşınırdısa, bayram günlərində 4000-5000 sərnişinin daşınmasına nail olunur.?, - deyə şirkətdən bildirilib. ?Azərbaycan Dəmir Yolları? QSC sərnişinlərin nəzərinə çatdırır ki, sərnişin qatarlarına 10 gün qabaqcadan bilet satışı həyata keçirilir. Əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA