Parabank ?SEViN, SEViNDiRiN? lahiyəsinə start verdi

img

09-03-2011 [05:15]


Uşaqlar bizim gələcəyimizdir. İrqindən, dinindən, sosial statusundan asılı olmayaraq uşaqlar dünyanın ən təmiz varlıqlarıdır. Hər bir uşağın təhsil almağa, yaxşı yaşamağa, gəzməyə haqqı var. Valideyn qayğısından məhrum olmuş, erkən yaşlarından həyat tərəfindən incidilmiş uşaqların isə bütün gözəllikləri dadmağa daha çox ehtiyacı var. ?Parabank? bunları nəzərə alaraq bir gün də olsa onları sevindirdiyinə görə məmnunluq hissi keçirir. ?Parabank? ənənəvi olaraq sosial cavabdehlik prinsipini əsas tutaraq ?Sevin, Sevindirin? adlı lahiyəsi çərçivəsində Novruz Bayramının gəlişi ilə əlaqədar olaraq Martın 8-də 13 Saylı İnternat məktəbinin uşaqları üçün Azərbaycan kinoteatrı ilə birlikdə xeyriyyə aksiyası keçirtdilər. Uşaqlara ?Shrek forever? (Şrek həmişə) cizgi filmi nümayiş etdirildi. Bununla yanaşı uşaqlara müxtəlif hədiyyələr, sərinləşdirici içkilər və cərəzlər Parabank tərəfindən hədiyyə olundu. Ümumiyyətlə bankımız son dövrlərdə tez-tez xeyriyyə məqsədi ilə əsasən də kimsəsiz uşaqlara dəstək aksiyaları keçirir və ya bu cür tədbirlərə maddi və mənəvi dəstək olur. Buradan belə nəticə çıxarmaq olar ki, Parabank təkcə maliyyə əməliyyatlarını aparan bir struktur deyil, həmçinin ictimai məsələlərdə də hər zaman ön sıralarda olan bir strukturdur. Bizim belə xeyirxah məqsədlər güdən aksiyalarımız hələ irəlidə, gələcək dövrlərdə də planlarımıza daxildir. Qeyd etmək istərdik ki, Novruz Bayramında daha belə bir tədbirimiz H. Əliyev sarayında keçiriləcəkdir. Parabank-ın kollektivi mütəmadi olaraq uşaq evlərində, həmçinin qocalar evində bayram şənlikləri keçirir, onlara sovqatlar aparır və köməklik məqsədilə maddi dəstək göstərir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA