?Unibank?dan Novruz aksiyası

img

09-03-2011 [03:35]


?Unibank?da Novruz Bayramı münasibəti ilə yeni bayram aksiyası başlanıb. Martın 9-dan Aprelin 30-dək Bankın xidmət şəbəkəsində ?Al Kart? və nağd kreditləri alan müştərilərin hər beşincisinə ?Mobitel? zəmanətli Nokia 2700 və ya Nokia 7100 mobil telefonu hədiyyə ediləcək. Adı çəkilən kreditlərin rəsmləşdirilməsi proseduru da artıq hamı üçün daha sadə olacaq. Belə ki, ?Al Kart? və nağd kreditlərin cəlb olunması üçün təsdiqlənmiş aylıq gəlirləri müvafiq olaraq ən azı 200 AZN və 85 AZN təşkil edə bilər. Eyni zamanda, 2000 AZN həcminədək kreditlərin verildiyi təqdirdə Bank tərəfindən zamin və girov tələbi tətbiq olunmur. Hədiyyə alan müştərilərin təyin edilməsi ?Unibank?ın xüsusi proqram təminatı vasitəsilə müəyyən edilir. Kreditlərin alınması üzrə ardıcıllıq bu kompyuter sistemində müştərinin müraciətinin edildiyi ana görə hesablanır. Qaliblər mərkəzləşdirilmiş qaydada ?Unibank?ın bütün xidmət şəbəkəsi üzrə müəyyən edilir. Aksiya bankın əməkdaşlarına tətbiq olunmur. ?Unibank?ın Novruz aksiyası barədə daha ətraflı məlumat üçün müştərilər Bankın onlara ən yaxın yerləşdiyi filialına və ya şöbəsinə müraciət, eləcə də (012) 117 nömrəli telefona zəng edə bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA