Şad xəbər: Batmız əmanətlər bu il qaytarıla bilər

img

07-03-2011 [02:46]


Sovet dövründə vətəndaşların banklarda batmış əmanətlərinin qaytarılacağı məsələsi gündəmə gəlib. Belə ki, may ayında dövlət büdcəsinə əlavə və dəyişikliklər zamanı büdcənin ən çox sosial xərclər hissəsinın artırılacağı və bu zaman batmış əmanətlərə də vəsiat nəzərdə tutulacağına dair məlumatlar var. Bildirək ki, hökümət əhalinin sovet banklarında batmış əmanətlərinin qaytarılması ilə bağlı 1991-ci ildən öhdəlik götürülüb. 1992-ci il yanvarın 1-nə qədər sovet əmanət banklarında 1 milyon 986 min 104 nəfər Azərbaycan vətəndaşının pulu olub. Batmış əmanətlərin məbləği isə 4,8 milyard sovet rublu tyəşkil edib. İqtisadçı-alim Vüqar Bayramov büdcədən əmanətlərin qaytarılmasına vəsait nəzərdə tutularsa bu zaman qanun layihəsinin hazırlanmasını vacib sayır. Ekspertin sözlərinə görə, baza formalaşdırılandan sonra əmanətlərin qaytarılması mümkündür: ?Əmanətlərin qaytarılması istiqamətindəki mövcud problemlər isə məcburi köçkün olan vətəndaşlarımızın əmanət kitabçalarının işğal olunmuş ərazilərdə qalması və bir sıra əmanətlər üzrə arxiv materialları məhv olmasıdır. Əmanətlərin qaytarılması ilə bağlı digər problem prosesə başlanılacağı halda sovet dövründə Azərbaycanda yaşamış, hal hazırda işğal edilmiş ərazilərdə yaşayan və eləcə də burdan Ermənistana köçən edən ermənilərin öz əmanətlərini geri tələb etməsi ehtimalıdır?. Mütəxəssis bildirir ki, sovet dövründə çap edilən əmanət kitabçalarının təhlükəsizlik kodları olmasa da əmanətlərin arxivinin elektronlaşdırılması vasitəsi ilə problemi həll etmək olar. V.Bayramov əmanətlərin qaytarılması prosesindəki əngəllərin həlli isitiqmətində İqtisadi və Sosial İnkişaf Mərkəzi tərəfindən bir sıra təkliflər irəli sürüldüyünü xatırladır. Hansıki bu təkliflərə arxivlərin elektronlaşdırılması və bununla da saxta əmanət kitabçaları problemini həllinə nail olunması daxildir: ?Əmanətlərin qaytarılması ilə bağlı ənənəvi problemlərdən qaçmaq üçün prosesi mərhələli şəkildə həyata keçirmək lazımdır. Mərhələlər etnik ermənilərin əmanətlərini tələb etməsi və məcburi köçkünlərin əmanətlərinin qaytarılması ilə bağlı problemləri həll etməyə imkan verəcək?. İqtisadçı-alimin fikrincə, neftin dünya bazar qiymətinin artması fonunda Azərbaycanın dövlət gəlirlərinin artması əmanətlərin tezliklə qaytarılmasını mümkün edir. Mütəxəssisin rəyinə görə, Azərbaycanda sovet dövrü əmanət bankına yatrılan əmanətlərin strukturu onların indeksləşdirilməsini asanlaşdırır: ?Əmanətlərin 60 faizə qədəri 2000 rubladək olan əmanətlərdir. Dəyəri 10 000 rubldan çox olanların xüsusi çəkisi isə 15 faizdən azdır. Belə olan halda isə sitər sosial ədalət, istərsə də əmanətçilərin hüquqlarının qorunması baxımından ilk 1000 rubladək olan əmanətlərin indeksləşdirmədə rubl/manat asılılığının böyük olmaması əsas şərtlərdəndir. Çünki əks halda əhalinin az həcmdə əmanətlərinə sahib olan hissəsinin prosesdən faydalanmaq imkanları məhdudlaşacaq?. V.Bayramov bildirir ki, əmanətlərin qaytarılması bu sistemə uyğun həyata keçirilsə, tələb olunan məbləğ 900 milyon manat, prosesin icra müddəti 3 il təşkil edəcək: ?Sovet dövründə əmanət banklarına qoyulan əmanətlərin interval şəkildə əhaliyə qaytarılması kifayət qədər vacibdir. Məsələ ondadır ki, bununla əhalinin az əmanətə malik olan hissəsinin prosesdən faydalanmasını təmin etmək olar. Vahid dərəcələrin təyin edilməsi isə ilk minliyə sahib olanların hüquqlarının qorunmasına gətirib çıxarar.Prosesin başqa tərəfi, ödənişlərin hansı formada aparılmasıdır. İstər MDB ölkələrinin təcrübəsi, istərsə də Azərbaycanda son illər İstehlak Malları İndeksinin artması əmanətlərin yalnız nağd formada qaytarılmasını mümkünsüz edir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA