Prezident Müdafiə Sənayesi Nazirliyinin yeni müəssisəsinin açılızında iztirak edib

img

03-03-2011 [04:09]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Buzovna qəsəbəsinin Albalılıq yaşayış sahəsində Müdafiə Sənayesi Nazirliyi ?Şərq? İstehsalat Birliyinin yeni ?AZAD Systems Co? müəssisəsinin açılışında iştirak edib. Dövlət başçısı ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyub. Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsib, müəssisə ilə tanış olub. Müdafiə sənayesi naziri Yavər Camalov dövlət başçısına müəssisənin fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirilib ki, müəssisədə 5 yeni istehsal sahəsi yaradılıb, müasir texnoloji avadanlıq quraşdırılıb. Bu, yüksək keyfiyyətli məhsul istehsalına imkan verir. Prezident İlham Əliyev xarici mütəxəssislərlə söhbət etdikdən sonra müəssisədə istehsal olunan məhsulları əks etdirən videofilmə baxıb. Sonra dövlət başçısı müəssisənin istehsal sahələrini gəzdi, texnoloji prosesi izləyib. Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirib, tövsiyə və tapşırıqlarını verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA