AXA MBASK sığorta zirkəti yeni ofisə köçdü

img

02-03-2011 [11:33]


AXA MBASK sığorta şirkətinin Mərkəzi ofisi Tbilisi prospekti, 49/c ünvanında yerləşən yeni binaya köçdü. İndi ??? MBASK şirkətinin əsas ofisi Chirag Plaza biznes mərkəzinin 6-cı mərtəbəsində yerləşir. Şirkətin əsas ofisinin əlaqə nömrələri dəyişməmişdir: (012) 596 55 70, (012) 596 55 72 (faks). Şirkətin mərkəzi ofisində şirkətin rəhbərliyi, habelə şirkətin, sığorta ödənişləri departamenti də daxil olmaqla, struktur bölmələrinin əsas hissəsi yerləşəcəkdir. Satış departamenti Həzi Aslanov, 80/9 ünvanında yerləşən ofisə köçmüşdür. Bu ofisdə şirkətin Bakı Ofisi yerləşəcəkdir, daha doğrusu Bakı şəhərində sığorta polislərinin satışı bu ofisdə yerinə yetiriləcəkdir. Bakı Ofisinin əlaqə nömrələri bunlardır: (012) 498 91 90, (012) 596 70 00, (012) 498 10 62 (????). ??? ????? şirkəti öz müştərilərindən, sığorta ödənişləri ilə bağlı məsələlərlə əlaqədar Chirag Plaza-da yerləşən ofisə, sığorta polislərinin əldə edilməsi ilə bağlı məsələlərlə əlaqədar isə H.Aslanovda yerləşən ofisə müraciət etmələrini xahiş edir. Xatırladaq ki, ötən ilin oktyabr ayında MBASK Sığorta Şirkəti özünün əsas səhmdarını dəyişmişdir. Şirkətin səhmlərinin nəzarət zərfini (51%), özünün AXA Sequros Generales, S.A, De Sequros Y Reasequros (İspaniya) törəmə şirkətinin vasitəsilə, AXA Group (Fransa) satın almışdır. 2010-cu ilin dekabr ayının 7-də MBASK-ın lisenziyası, şirkətin adının dəyişməsi ilə əlaqədar, AXA MBASK-a dəyişdirilmişdir. AXA Group ? maliyyə mühafizəsi sahəsində dünya lideridir. ??? Group öz fəaliyyətini, fəaliyyətini daha çox Avropada, Şimali Amerikada və Asiya-Sakit okean regionunda cəmləşdirərək, dünyanın 57 ölkəsində həyata keçirir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA