?Parabank?ASC COiNSTAR təcili pul köçürmə sisteminə qozuldu

img

02-03-2011 [11:31]


?Parabank? təcili pul köçürmələri sahəsində fəaliyyətini gücləndirmək məqsədi ilə ?Coinstar? sisteminə qoşularaq əhaliyə bu sistemlə köçürmə xidməti təklif etməyə başlayıb. ?Coinstar?sistemi ilə təcili pul köçürmələrini ABŞ dolları və ya Avro ilə ABŞ, MDB, Baltikyanı ölkələr, İtaliya, İspaniya, Fransa, İsrail, Kipr və digər xarici ölkələr daxil olmaqla dünyanın 143 ölkəsinə həyata keçirmək mümkündür. Bu sistem əməliyyatın sürətli aparılması, geniş əhatə dairəsi, köçürmə təhlükəsizliyi, habelə əlverişli komisyon haqqı kimi üstünlüklərə malikdir. Parabank Sizə, bütün dünyanı əhatə edən ən sərfəli tariflərlə və şərtlərlə müxtəlif növ pul köçürmələrini təklif edir. Pul köçürmə sisteminin növündən asılı olmayaraq, hər bir köçürülən məbləğin ünvanına çatdırılmasına zəmanət verilir və etibarlı təhlükəsizlik sistemi ilə mühafizə olunur. Parabank-ın təklif etdiyi təcili pul köçürmələri sistemlərinin üstünlükləri: ? Siz dünyanın 200 - dən çox ölkəsinə həm pul göndərə, həm də ala bilərsiniz. ? Pul köçürmələri 1-15 dəqiqə ərzində həyata keçirilir. ? Komisyon haqqı yalnız göndərən şəxs tərəfindən tariflər üzrə ödənilir. Siz seçilən pul köçürmələri sistemindən asılı olaraq, məbləği təklif olunan valyuta növlərinin birində (AZN,USD,EUR,RUR) köçürə bilərsiniz.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA