?Bank of Baku?dan xanımlara bayram endirimləri

img

01-03-2011 [12:55]


?Bank of Baku? ASC qarşıdan gələn 8 Mart Beynəlxalq qadınlar günü münasibətilə dəyərli xanımlarımıza gözəl sürpriz təqdim edir. Bankın mətbuat xidmətindən verilən məlumata görə, ?8 Mart? kampaniyası çərçivəsində xanımlar ?Bank of Baku?dan 2 faiz hədiyyə endirimlərindən faydalana bilərlər. Bayram aksiyasının şərtlərinə görə, kampaniya ərzində xanım-müştərilərə qüvvədə olan nağd pul və istehlak kreditləri üzrə illik faiz dərəcələrində 2 faiz güzəşt ediləcək. Qeyd edək ki, bayram endirimləri avtokreditlər və əmanətə bağlı kreditlərə şamil olunmur. ?8 Mart? kampaniyası 1 - 12 mart tarixləri arasında ?Bank of Baku?nun bütün filiallarında keçiriləcək. Cari kredit portfelinin göstəricilərinə əsasən ?Bank of Baku?nun kredit müştərilərinin təxminən 50 faizi qadınlar təşkil edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA