?Azərbaycan Beynəlxalq Bank?dan pensiyaçılara yeni xidmət

img

28-02-2011 [05:04]


?Azərbaycan Beynəlxalq Bankı?nın təsisçisi olduğu "AzeriCard" prosessinq şirkəti artıq neçə müddətdir ki, "SMS Xəbərdarlıq" xidmətinin tətbiqinə başlayıb. Bankın mətbuat xidmətindən verilən məlumata görə, bu xidmətə qoşulan plastik kart sahibinin kart vasitəsilə apardığı bütün əməliyyatlar barədə məlumatlar avtomatik olaraq onun mobil telefonuna daxil olur. Belə ki, əgər müştərinin kart hesabına hər hansı köçürmə edilibsə, o cümlədən maaş, pensiyanın karta oturduğu barədə məlumat dərhal müştərinin mobil telefonuna göndərilir. Pensiyaçılar üçün bu xidmət xüsusilə əhəmiyyətlidir. Onlar bankomata yaxınlaşmadan, banka yaxud sosial müdafiə fonduna müraciət etmədən, heç bir əziyyət çəkmədən, vaxt itirmədən təqaüdün hesaba köçürüldüyü barədə məlumatı öyrənə bilərlər. Bu cür rahatlığı əldə etmək üçün pensiyaçılar ?SMS Xəbərdarlıq? xidmətinə qoşulmalıdır. ?AzeriCard? pensiyaçı müştəriləri nəzərə alaraq, onların bu xidmətə qoşulması meanizmini maksimum sadələşdirmişdir. İndi bu xidmətə qoşulmaq üçün "AzeriCard?ın 24 saat fəaliyyət göstərən ?Müştəri Xidməti?nə (194 yaxud bütün telefonlardan: ulduz 2273, nəhayət 598 46 97) zəng vurub, kartın və telefonun nömrəsini təqdim etmək kifayətdir. Qeyd edək ki, bu cür qoşulma üsulu yalnız pensiyaçılar üçün tətbiq edilir. Xidmətə görə təqaüdçüdən 10 qəpik həcmində aylıq abunə haqqı tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA