Azərbaycanın 2011-ci il dövlət büdcəsinə yenidən baxıla bilər

img

25-02-2011 [01:55]


Dünya bazarlarında neftin qiymətinin artması fonunda Azərbaycan hökuməti 2011-ci ilin dövlət büdcəsinə yenidən baxılacağını istisna etmir. Bunu maliyyə naziri Samir Şərifov bildirib. Nazirin sözlərinə görə, bu ilki büdcənin icrasında heç bir problem müşahidə olunmur: ?Lakin neftin qiymətinin bahalaşması fonunda dövlət büdcəsinə yenidən baxılacağını istisna etmirik. Əvvəlki illərdə olduğu kimi makroiqtisadi şərait buna imkan verərərsə, məsələyə baxıla bilər?. Azərbaycan Dövlət Neft Fondundan büdcəyə transfertlərə gəldikdə isə S.Şərifov qeyd edib ki, dövlət büdcəsinə neft sahəsindən daxilolmalar Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və Azərbaycan Beynədlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) ödədiyi mənfəət vergisi şəklində köçürülür: ?ARDNŞ o qədər də xam neft satmır ki, orada bir o qədər artım olsun. Şirkət daha çox neft məhsulları realizə edir və bu məhsulların satışı da əksər hallarda yerli bazarda həyata keçirilir. Ölkədə isə neft məhsullarına olan qiymətlərin artımı müşahidə olunmur. Buna görə biz ARDNŞ-ın daxilolmaları üzrə əhəmiyyətli dərəcədə artım gözləmirik?. ABƏŞ-ə gəldikdə isə nazir bildirib ki, konsorsiumda müəyyən pay bölgüsü var və bura daxil olan xarici şirkətlərin payına mənfəət neftinin 20-25%-i düşür və bu istiqamət üzrə də ciddi artım gözlənilmir: ?Büdcəyə daxilolmaların bir çox hissəsi Dövlət Neft Fondunun payına düşür?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA