Azərbaycanda dolların məzənnəsi son 12 ildə ən azağı həddə düzüb

img

23-02-2011 [02:59]


Azərbaycanda dolların məzənnəsi son 12 ildə ən aşağı həddə düşüb. Mərkəzi Bankın rəsmi məzənnəsinə görə, indi 1 dollar 79,5 qəpikdən ucuz dəyişdirilir. Sonuncu dəfə bu məzənnə 1999-cu ilin iyulunda qeydə alınıb. Həmin vaxt ABŞ valyutası 79,5 qəpiyə dəşidirilirdi. Təkcə bu ilin əvvəlindən indiyədək dollar 0,4 faiz ucuzlaşıb. Mütəxəssislərin fikrincə, dolların ucuzlaşması dünya valyuta bazarlarında baş verən proseslərlə də əlaqədardır. Hazırda dünya ölkələrinin çoxunda Amerika valyutası qiymətdən düşür. 2010-cu ildə Azərbaycan manatının dollara nəzərən 0,7, avroya nisbətən isə 8,5 faiz möhkəmləndiyini əsas gətirən mütəxəssislər prosesin bu il də davam edəcəyini proqnozlaşdırır. Azərbaycanda dollarlaşma səviyyəsi yüksək olduğundan manatın bundan sonra cüzi də olsa möhkəmlənəcəyi qaçılmazdır. Amma ciddi məzənnə dəyişikliyi baş verməyəcək. Hökumətin sabiq üzvi Oqtay Haqverdiyevin fikrincə, manatın möhkəmlənməsi idxal məhsullarının bahalaşmasının qarşısını almaqla inflyasiya təzyiqlərini zəiflədir. Amma belə proses ölkənin ixrac imkanlarını azaldır. Bununla belə manatın dəyərinin artması milli valyutaya inamı da yüksəldir. Qeyd edək ki, Azərbaycan bankları kreditləri manatla yaymaqda maraqlıdır. İndiyədək verilmiş bütün kreditlərin 694 faizi milli valyuta ilə ayrılıb. Manatla yatırılan əmanətlərin payı 46 faiz təşkil edir. Mərkəzi Bankın bu il üçün pul siyasətinin əsas hədəfləri ilə bağlı bəyənatında deyilir ki, ötən il manatın dollara qarşı məzənnəsi təxminən 0,4 faiz möhkəmlənib. Bununla belə Mərkəzi Bank bu il ciddi məzənnə dəyişikliyi baş verməyəcəyini və dolların kursunun sabit qalacağını bəyan edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA