?Bank of Azerbaijan? ASC ?Agent Pay? ödəniz sisteminə qozulub

img

18-02-2011 [04:23]


?Bank of Azerbaijan? ASC ?Agent Pay? sisteminə qoşulmaq məqsədi ilə ?GoldenPay? şirkəti və ?MilliKart? Prosessinq Mərkəzi ilə üçtərəfli müqavilə bağlayıb. Bankın baş ofisindən verilən məlumata görə, ?Agent Pay? sisteminin köməyi ilə bank təklif etdiyi ödəniş xidmətlərinin siyahısını daha da genişləndirib və hazırda bankın filiallarında əhaliyə kommunal (?Azərenerji?, ?Bakıelektrikşəbəkə?, ?Sumqayıtelektrikşəbəkə?, ?Azəriqaz?, ?Azərsu?), stasionar (?Aztelekom?, BTRİB, ?Catel?) və mobil rabitə (?Azercell?, ?Bakcell?, ?Nar Mobile?, ?Azerfon-Vodafone?, ?Fonex?), internet-provayder (?Azdatacom?, ?Bakinternet?) xidmətlərinə görə ödənişləri həyata keçirmək mümkündür. Qeyd edək ki, yaxın gələcəkdə əhali bankın filiallarında digər internet-provayderlər (?Adanet?, ?Alfanet?, ?Avirtel?, ?Azeronline?, ?Azstarnet?, ?Connect?, ?Hotnet?), kabel televiziyası (?B&B TV?, ?Connect TV?) və sair xidmətlərin ödənişlərini də həyata keçirə biləcək. Plastik kart sahibləri isə yuxarıdakı əksər ödənişləri ?Bank of Azerbaijan?nın saytına (www.bank.az/PrivateOnlinePayment.html) daxil olaraq, on-layn rejimdə həyata keçirə bilərlər. Bu tip ödənişlər ?Visa? və ?MasterCard? sistemlərinin təhlükəsizlik standartları üzrə xüsusi sertifikasiya keçmiş ?GoldenPay? internet ödəmə sistemi vasitəsi ilə dərhal həyata keçirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA