Nəqliyyat Nazirliyində nəqliyyat və ətraf mühitlə bağlı iclas olub

img

17-02-2011 [05:51]


Nəqliyyat Nazirliyində Avropa İttifaqı(Aİ)-Azərbaycan əməkdaşlıq Komitəsinin enerji, nəqliyyat və ətraf mühit üzrə Alt-Komitəsinin VI iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, iclasın nəqliyyatla bağlı bölməsinə Nəqliyyat Nazirliyi Aparatının rəhbəri Cavid Nəcəfov və Aİ-nin Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia həmsədrlik ediblər. İclasda Azərbaycanda nəqliyyat-yol kompleksinin inkişaf etdirilməsi ilə bağlı görülən işlər, nəqliyyat infrastrukturunun yenidən qurulması, dəmir yolunun yenidən qurulması və inkişaf etdirilməsi, eləcə də dəmir yolunda daşımaların artırılması kimi məsələlər müzakirə olunub. Bununla yanaşı Hava nəqliyyatı sahəsində inkişaf dinamikası, hava nəqliyyatı üzrə infrastrukturun yenilənməsi və hava gəmiləri parkının müasirləşdirilməsi, hava nəqliyyatı sahəsində təhlükəsizlik məsələləri, dəniz nəqliyyatının inkişaf etdirilməsi, dəniz nəqliyyatı üzrə daşımaların intermodal daşımalara uyğunlaşdırılması, ticarət gəmiçiliyinin inkişaf etdirilməsi məsələsi qeyd edilib. Eyni zamanda ?Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının? inşasının və Liman ərazisində inşası nəzərdə tutulan logistik mərkəzin yaradılmasının regionda mühüm layihə olduğu vurğulanıb. Həmçinin, Azərbaycanın TRASEKA çərçivəsində həyata keçirdiyi tədbirlər, Bakı-Tblisi-Qars yeni dəmir yol bağlantısı layihəsinin həyata keçirilməsi ilə də bağlı fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA