Dövlət Statistika Komitəsi; Azərbaycanda mal əti 9 faiz bahalazıb

img

09-02-2011 [03:07]


Yanvar ayında bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,2 faiz bahalaşıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, birillik və ikiillik bitkilərdən qarğıdalının istehsalçı qiymətləri 4,7 faiz, arpanın 0,2 faiz, noxudun 0,2 faiz, kartofun 1,7 faiz, yem bitkilərinin 1,7 faiz, baş soğanın qiymətləri 0,7 faiz bahalaşıb, buğdanın 0,3 faiz, kələmin 0,1 faiz, keşnişin 0,5 faiz, cəfərinin 0,4 faiz, pomidorun 0,2 faiz, qırmızı turpun qiymətləri isə 0,5 faiz ucuzlaşıb. Çoxillik bitkilərdən xurmanın istehsalçı qiymətləri 0,9 faiz, narın 23,2 faiz, almanın 22,7 faiz, armudun 0,6 faiz, heyvanın 0,5 faiz, şabalıdın 5,7 faiz, fındığın 8,8 faiz, qozun istehsalçı qiymətləri 0,2 faiz bahalaşıb, limonun 0,6 faiz, ağac və kol tinglərinin istehsalçı qiymətləri isə 0,3 faiz ucuzlaşıb. Diri heyvanlar və heyvandarlıq məhsullarından iri-buynuzlu mal-qaranın istehsalçı qiymətləri 0,3 faiz, mal ətinin (diri çəkidə) 9 faiz, inək südünün 0,7 faiz, camış südünün 0,9 faiz, ana qoyunun 1,2 faiz, qoyun ətinin (diri çəkidə) 0,3 faiz, keçinin 3,3 faiz, donuz ətinin (diri çəkidə) 25,5 faiz, diri qazların 28,9 faiz, yumurtanın qiymətləri 1,4 faiz bahalaşıb, qoyun və keçilərin qırxılmış və yuyulmamış yununun qiyməti isə 0,1 faiz ucuzlaşəb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA